Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında “Hərəyə bir kitab” alı tədbir keçirilib

Sentyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının kitabxanasında “Hərəyə bir kitab” alı tədbir keçirilib.

Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Kitabxana müdiri Samirə Hacıyeva, filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, TEC-nin sədr müavinləri Ayşən Bağılı, Səyyad Nəcəfov, I tədris ili tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Kitabxana müdiri Samirə Hacıyeva filialın kitabxanasında 19159 sayda elmi, bədii ədəbiyyatın, dərslik və dərs vəsaitinin tələbələrin ixtiyarında olduğunu qeyd edib.Tələbələrin kitabxanaya cəlb edilməsi və tələbə-gənclərin elmi ədəbiyyata olan tələbatının tam ödənilməsi üçün filialın direktoru dosent Yusif Alıyevin tapşırığı ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Quba Rayon Mərkəzi Kitabxanası ilə əlaqələrin gücləndiriləcəyini diqqətə çatdırıb.

Sonda filialın kitabxana fondu ilə əlaqədar tələbə-gəncləri maraqlandıran suallar cavablandırılb.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə axşamı, 26 Sentyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialı Qafqaz Tv-nin qonağı olub

Bazar, Dekabr

ADPU-nun Quba Filialında payız imtahan sessiyası uğurla davam edir.

Çərşəmbə axşamı, 7 Dekabr 2020

ADPU-nu Quba filialının əməkdaşı və tələbəsi layihə qalibi olub.

Bazar ertəsi, 18 Noyabr 2019