Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

Sentyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Heydər Əliyev auditoriyasında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın“Pedaqoji və ictimai fənlər”kafedrasının  müəllimləri Mürvət Əliyev, Novruz Kərimov, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, TEC-nin sədr müavini Ayşən Bağılı və “Tarix coğrafiya müəllimliyi”ixtisasının II tədris ili tələbələri iştirak edib.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edən filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva və filialın “Pedaqoji və ictimai fənlər”kafedrasının  müəllimi Mürvət Əliyev qeyd ediblər ki, doğma vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək bizim birinci vəzifəmiz, Azərbaycanımız qarşısında olan borcumuzdur.

Tədbirin sonunda çıxış edən gənclər isə hər zaman Vətənin sadiq müdafiəçiləri olacaqlarını əminliklə bildiriblər.

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə, 24 Sentyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında 5 Oktyabr Müəllim Günü ilə əlaqədar tədbir keçirilib.

Cümə, 5 Oktyabr 2018

ADPU-nun Quba Filialında tələbələrlə görüş keçirildi.

Bazar ertəsi, 24 Sentyabr 2018

ADPU-nun Quba Filialında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Bazar ertəsi, 25 Fevral 2019