Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında “Gənc Tədiqatçılar Şurası” yaradılıb

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında direktor dosent Yusif Alıyevin filialın dokorant və dissertantları ilə görüşü keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd doktorant və dissertantların elmi fəaliyyətini gücləndirmək, gənclərin elmi fəaliyyətini stimullaşdırmaq  üçün “Gənc Tədiqatçılar Şurası”nın yaradılması olub.

Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru dosent Yusif Alıyev tədbirdə iştirak edən doktorant və dissertantların elmi fəaliyyətinin filialın gələcəyi üçün böyük əhəmiyyətini diqqətə çatdırıb, doktorant və dissertantların elmi fəaliyyətlərinin dinamikliyinə, həmçinin Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə yazılan Tələbə Elmi Tədqiqat İşlərinə (TETİ) nəzarətin artırılması, filialda elmi-raktiki konfransların, seminarların keçirilməsi məqsədi ilə  belə bir şuranın yaradılmasının vacibliyini vurğulayıb. Daha sonra doktorantların elmi fəaliyyəti ilə maraqlanıb, hər bir doktorantın elmi işinin  hesabatını dinləyib, onlara öz tövsiyyə və tapşırıqlarını verərək   elmin regionda və filialda  təbliği,  istedadlı gənclərin elmə cəlb olunması, müxtəlif  elmi mövzulara həsr olunan yerli və beynəlxalq forum, konfrans, seminarların keçirilməsi,  digər ali təhsil ocaqları ilə əlaqələrin qurulması  və genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra tədbirdə açıq səsvermə ilə şuranın sədri və sədr müavini seçilib.”Gənc Tədiqatçılar Şurası”nın sədri Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elbrus Əhmədov, sədr müavini isə Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Pərvanə Dadaşova seçilib. Filial direktoru, dosent Yusif Alıyev yeni yaradılan şuranın sədrini və sədr müavinini təbrik edərək şuranın fəaliyyəti ilə bağlı öz tövsiyyələrini verib və işlərində uğurlar arzulayıb.

         Sonda ”Gənc Tədiqatçılar Şurası”nın sədri Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elbrus Əhmədov çıxış edərək onu bu vəzifəyə layiq gördükləri üçün dosent  Y. Alıyevə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib və öz işinin öhdəsindən layiqlə gələcəyinə rəhbərlik qarşısında söz verib.

  • Mənbə: ADPU Quba filialı

  • Bazar ertəsi, 21 Oktyabr 2019


  • Müəllif: Mətbuat xidməti


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında yaz semestrinin imtahan sessiyası

Bazar ertəsi, 3 İyun 2019

Tədris və təlimin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə görülən işlər davam edir

Cümə axşamı, 26 Sentyabr 2019

ADPU-nun Quba Filialında Birləşmiş Millətlər Təşkilatı Günü ilə əlaqədar tədbir keçirilib.

Bazar ertəsi, 28 Oktyabr 2019