ADPU-nun Quba Filialında elmi seminar keçirilib

21.11.2019
ADPU-nun Quba Filialında elmi seminar keçirilib

Şəfəq Fazilovanın “Riyaziyyat dərslərində şagirdlərin məntiqi təfəkkürünün formalaşdırılmasının psixoloji xüsusiyyətləri” mövzusunda elmi seminarı keçirilib.

      Noyabrın 21-də ADPU-nun Quba filialının yeni tədris auditoriyasında filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi Şəfəq Fazilovanın “Riyaziyyat dərslərində şagirdlərin məntiqi təfəkkürünün formalaşdırılmasının psixoloji xüsusiyyətləri” mövzusunda elmi seminarı keçirilib. Seminarda filialın direktoru dosent Yusif Alıyev, Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, DGTŞ sədri Elbrus Əhmədov, filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri dosent Güləddin Həmzəyev, TEC sədri Türkanə Abışova, sədr müavini Ayşən Bağılı, gənc doktorant və dissertantlar iştirak edib.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?