Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında “e-Vətəndaş” layihəsinin təqdimatı keçirilib.

Mayın 27-də ADPU-nun Quba filialında Azərbaycan Respublikası Prezidenti yanında “e-Vətəndaş” llayihəsinin təqdimatı keçirilib.

Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında  şimal regionunda vətəndaş cəmiyyətinin inkişafına dəstək və yerli QHT-lər üçün xidmətlərin təşkili məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında “e-Vətəndaş” layihəsinin təqdimatı keçirilib. Layihənin təqdimatını Quba QHT  Regional Resurs Mərkəzinin sədri Eynulla Xeyrullayev keçirib.

Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, müəllim və tələbə kollektivi iştirak edib.

Eynulla Xeyrullayev müasir dövrdə gənclərə göstərilən dövlət qayğısından,  layihənin əsas məqsədindən, tələbə-gənclərin, vətəndaşların bu layihədən faydalanmaları imkanlarından ətraflı bəhs edib.

Sonda tələbələrin sualları cavablandırılıb

  • Mənbə: ADPU Quba filialı

  • Bazar ertəsi, 27 May 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında 15 Sentyabr Bilik Günü

Çərşəmbə axşamı, 15 Sentyabr 2018

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü

Cümə, 4 Oktyabr 2019

Esse müsabiqəsi

Cümə, 4 Oktyabr 2019