Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında Beynəlxalq Sülh Günü qeyd olundu

Sentyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba fililalında 21 Sentyabr Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, filialın “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasının baş müəllimi fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nurbala Süleymanov, Tələbə Həmkarlar İttifaqı (THİ) sədri Aygün Şıxbabayeva, filialın əməkdaşı, BMT yanında Beynəlxalq Sülh Səfiri sertifikatına layiq görülən Nəhayət Şirinova və filialın yataqxanasında qalan tələbələr iştirak edib.

Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev tədbir iştirakçılarını  salamlayıb, 1982-ci ildən bəri bütün dünyada qeyd olunan “Sülh Günü” nün tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, bu gün çox təəssüf ki, ən sülhsevər xalqlardan biri olan Azərbaycan 20 ildən artıqdır ki, müharibədən əziyyət çəkir, bir milyondan artıq vətəndaşı öz el-obasından didərgin düşüb.Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra, hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını alıb, ölkədə sabitliyə nail olub.Bu gün isə Azərbaycanda bütün vətəndaşlara dövlət qayğısı hiss olunur, insanların rifah halı yüksəlir, bütün digər sahələr kimi təhsil, elm sahəsi də  inkişaf edir. Daha sonra qeyd edib ki, filialda da yeganə məqsədimiz Azərbaycanın gələcəyi üçün ixtisaslı və yüksək biliyə malik gənclər hazırlamaqdır.

Tədbirin sonunda filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”  ixtisasının V tədris ili İlahverdi Talıbzadənin ifasında musiqilər səsləndirilib.Ümumilikdə tədbir tələbə-gənclərin marağına səbəb olub.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 27 Sentyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Şərqşünas alim Aidə İmanquliyevanın 80 illik yubileyi Quba filialında qeyd olundu

Bazar ertəsi, 14 Oktyabr 2019

ADPU-nun Quba Filialında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Bazar ertəsi, 25 Fevral 2019

ADPU-nun Quba Filialında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

Çərşəmbə, 24 Sentyabr 2019