Görüşdə filialın direktoru, professor Əli Allahverdiyev,Təhsil Nazirliyinin məsul əməkdaşı Orxan Abbasov , UNİCEF Azərbaycanın təhsil üzrə mütəxəssisi Leyla Həsənova , tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji fakültənin dekanı , filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Dekan müavini Nübar Bayramova, filialın Ədəbiyyat və dillər kafedrasının müdiri , dosent Gülşən Ağabəy, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri , dosent Güləddin Həmzəyev, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri , tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov iştirak edib.
Filialın direktoru, professor Əli Allahverdiyev qonaqları salamlayıb və görüləcək işlərin məqsədi haqqında qısa məlumat verib, layihənin UNİCEF tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə tərəfdaşlıq şəraitində 2018-2020-ci illərdə həyata keçiriləcəyini bildirib.
Daha sonra görüşdə Təhsil Nazirliyinin məsul əməkdaşı Orxan Abbasov və UNİCEF Azərbaycanın təhsil üzrə mütəxəssisi Leyla Həsənova çıxış edib, bildiriblər ki, bu tədbirlərin məqsədi inkluziv təhsil proqramının tədricən inkişaf etdirilməsinə dəstək göstərmək və nəticə etibarilə ölkədə 20000-dək əlilliyi olan uşaq üçün təhsil imkanları yaratmaqdır.
Görüşdə inklüziv təhsil barəsində ətraflı fikir mübadiləsi aparılıb, Dekan müavini Nübar Bayramovanın bu sahədə fikir və təklifləri maraqla qarşılanıb.