Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında "Azərbaycan ədəbiyyatında Mirzə Cəlil yolu" adlı elmi-praktiki konfrans keçirilib.

ADPU-nun Quba Filialında Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub.

              Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli sərəncamına əsasən Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı ADPU-nun Quba filialında 6 noyabr 2019-cu il tarixində “Azərbaycan ədəbiyyatında Mirzə Cəlil yolu” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlı, şair Ramiz Qusarçaylı, tanınmış jurnalist "Xeberler agentliyi.com" saytının Baş redaktoru Yusif Məhəmmədoğlu, Quba rayon Təhsil Şöbəsinin inspektoru Lalə Məmmədova iştirak edirdilər.Konfransı filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy açıq elan etdi. Ilk olaraq çıxış üçün söz filialın direktoru dosent Yusif Alıyeva təqdim olundu. Y.İ.Alıyev çıxışında Azərbaycanın tarixində silinməz izi olan, Azərbaycan millətinin yetişməsi üçün misilsiz rolu olan Mirzə Cəlilin həyat və yaradıcılığı haqqında danışdı və tələbələrə gələcəkdə C.Məmmədquluzadə irsini daha yaxşı mənimsəməyi tövsiyyə etdi.Tədbirdə Mirzə Cəlilin həyat və yaradıcılığı ilə bağlı hazırlanmış videoçarx nümayiş olundu.Konfransın aparıcısı Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramova, əsas məruzəçilər prof. Mahmud Allahmanlı, baş müəllim Eyvaz Şeydayev və Günəş Xudayarova idi. Tədbirdə tələbələrin hazırladıqları C.Məmmədquluzadənin əsərlərindən səhnəciklər də nümayiş olundu. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ili tələbələri İsrafil Qayıbov, Elxan Xəlilov, Rauf Qəhrəmanlı, Murad Məmmədov, III tədris ili tələbələri Cahandar Zeynalov, Gülnaz Əmirova və “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Elvin Şükürov konfransın iştirakında yaxından iştirak etdilər.Ümumilkdə tədbir tələbə-gənclərin marağına səbəb.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Çərşəmbə, 6 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialının tələbələri “18 oktyabr-Milli Müstəqillik Günü” və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş intellektual yarışda iştirak ediblər.

Cümə, 18 Oktyabr 2019

ADPU-nun Quba Filialının əməkdaşları YAP Quba rayon təşkilatında keçirilən tədbirdə iştirak edib

Cümə axşamı, 31 Oktyabr 2019

ADPU-nun Quba Filialında “Gənclərin elmi fəaliyyətinin istiqamətləri” mövzusunda tədbir keçirilib

Cümə axşamı, 26 Sentyabr 2019