Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında 9 Noyabr Dövlət Bayrağı Günü qeyd olundu.

ADPU-nun Quba Filialında 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.

5 noyabrda filialın Tələbə Gənclər Təşkilatının (TGT) sədri Həcər Seyidəhmədova və bir qrup tələbə-gənc Quba şəhərində fəaliyyət göstərən Bayraq Muzeyində olub.

6 noyabrda ADPU-nun Quba Filialında “9 Noyabr Dövlət Bayrağı Günü”nə həsr edilən “Bayrağımızın 100 ili” mövzusunda esse müsabiqəsi keçirilib. Esse müsabiqəsində 20-dən artıq tələbə-gənc iştirak edib.Müsabiqədə iştirak edən tələbə-gənclər arasında filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədr müavini Azər Zahirov, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Mina Qubatova, “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Röya Zalova fərqlənib və filial rəhbərliyi tərəfindən Fəxri fərmana layiq görülüb.

7 noyabrda filialın kitabxanasında “Bayrağımız mübarək, Bayramımız mübarək!” adlı tədbir keçirilib. Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, “Ədəbiyyat və dillər” kafedrasının müdiri, dosent Gülşən Ağabəy, dekanlığın əməkdaşı Nəhayət Şirinova, Kitabxana müdiri Samirə Hacıyeva, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Həcər Seyidəhmədova, tələbələr Rüfət İsbatov, Ayşən Hüseynova çıxış edib, Azərbaycan bayrağının tarixindən, bu gün Azərbaycan bayrağının dünyada necə tanınmasından ətraflı bəhs ediblər. Tədbirdə həmçinin tanınmış şair, publisist Ramiz Qusarçaylının “Azərbaycan  Bayrağı” şeiri səsləndirilib.

8 noyabr tarixində filialın “Pedaqoji və ictimai fənlər” kafedrasının müəllimi Vüsalə Fərzəliyevanın “Bayrağımız milli qürurumuzdur!” mövzusunda açıq dərsi keçirilib.Dərsdə “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının II tədris ili, 519-cu qrup tələbələri Zərifə Osmanova, Ayşən Hüseynova, Gülnaz Əmirova, Cahandar Zeynalov, Həcər Şıxəmmədova Azərbaycan bayrağı haqqında topladıqları məlumatları yoldaşları ilə bölüşüb, bayraq haqqında şeirlər səsləndiriblər. Dərsdə həmçinin “Dünyanın ən hündür bayrağı Azərbaycandadır” adlı video-çarx nümayiş olunub.

8 noyabrda filialda Quba Rayon Gənclər və İdman İdarəsinin, “YURD” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin və ADPU-nun Quba Filialının “İntellektual Oyunlar Klubu”nun birgə təşkilatçılığı ilə 9 Noyabr Dövlət Bayrağı Gününə həsr edilən Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə turnir keçirilib. Turnirdə 10 komanda tərkibində 60 tələbə iştirak edib. Filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının tələbələrindən ibarət “Filoloqlar” komandası I yer, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının tələbələrindən ibarət “Uğur biliciləri” adlı komanda II yer, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının tələbələrindən ibarət “Trend” komandası III yeri tutublar. Qalib komandalar diplomla təltif edilib. Turnirdə həmçinin filialın “İntellektual Oyunlar Klubu”nun sədri Elvin Seyfəddinova filial rəhbərliyi və Quba Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, “YURD” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov tərəfindən intellektual oyunların keçirilməsində göstərdiyi fəallığa görə təşəkkür  edilib.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 9 Noyabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Respublika Müəllimlərinin Beynəlxalq Seminarı

Cümə axşamı, 6 Dekabr 2018

Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında konfrans keçirilib

Bazar ertəsi, 18 Fevral 2019

ADPU-nun Quba Filialında pedaqoji təcrübəyə dair yekun konfrans keçirildi

Cümə, 24 May 2019