Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında 5 Oktyabr Müəllim Günü ilə əlaqədar tədbir keçirilib.

Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)Quba Filialında 5 Oktyabr Müəllim Günü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbiri filialın direktoru, professor Əli Allahverdiyev açıb, müəllimlik peşəsinin nə qədər şərəfli peşə olduğunu, bu peşə sahiblərinin üzərinə böyük məsuliyyət  düşdüyünü qeyd edib,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin müəllimlərə göstərdiyi  diqqət və qayğı  sayəsində son dövrlər müəllimlik peşəsinə yiyələnmək istəyən gənclərin sayının artdığını xüsusi vurğulayıb.

Sonra tədbirdə filialın Pedaqoji fakültəsinin dekanı , filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, dekan müavini Nübar Bayramova, Ədəbiyyat və dillər kafedrasının müəllimi Aytən Seyidova, Tələbə Elmi Cəmiyyətinin ( TEC) sədri Türkanə Abışova, Tələbə Gənclər Təşkilatının ( TGT )sədri  Həcər Seyidəhmədova çıxış edib, bu gün münasibətilə bütün müəllimləri  təbrik ediblər.

Daha sonra tədbir tələbə-gənclərin hazırladıqları bədii hissə ilə davam etdirilib.

 

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 5 Oktyabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında 9 Noyabr Dövlət Bayrağı Günü qeyd olundu.

Cümə, 9 Noyabr 2018

Quba RTŞ-nin əməkdaşları ADPU-nun Quba Filialında tələbələr ilə görüş keçirib.

Çərşəmbə, 22 May 2019

ADPU Quba filialında 2019-2020-ci tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib

Bazar ertəsi, 16 Sentyabr 2019