Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib

Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və 2019-cu ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə filialın tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, filialın Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru qələmşah İdrisov  çıxış edərək kollektivi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.Tədbir daha sonra tələbə-gənclərin hazırladıqları musiqili kompozisiyalar, tamaşalar,  rəqslər və ifalar, Şaxta baba və Qar qızın çıxışları, viktorinalar ilə davam edib.

Tədbirdə həmçinin fllial rəhbərliyi tərəfindən filialın ictimai-mədəni həyatında göstərdikləri fəallığa görə Ceyhun Əlizadə, Əhməd Təhməzov, Rüfət İspatov, Elvin Seyfəddinov, İxtiyar Ağayev, Tərlan Bayramova, Məleykə  Abasova  Fəxri fərmanla təltif olunublar.

  • Mənbə: ADPU - nun Quba filialı

  • Çərşəmbə axşamı, 25 Dekabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Pedaqoji Forumunun növbəti dinləməsi keçirilib.

Cümə, 6 Sentyabr 2019

ADPU-nun Quba Filialında İnnovativ tədris auditoriyasının açılışı olub.

Cümə, 11 Oktyabr 2019

Müəllimlərin İnkluziv təhsil sahəsində bacarıqlarının artırılması layihəsi

Cümə axşamı, 31 Yanvar 2019