Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib

Dekabrın 22-də Quba şəhərində yerləşən "Şane" restoranında ADPU-nun Quba filialının kollektivinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib

    Tədbiri açıq elan edən filialın direktoru dosent Yusif Alıyev kollektivi, tələbələri və tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, yeni təqvim ilində yeni uğurların əldə edilməsini, qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsini, filialda həyata keçirilən mühüm tədris və təhsil əhəmiyyətli işlərin uğurla davam etməsini arzulayıb. Daha sonra filialın bir qrup əməkdaşı səmərəli pedaqoji fəaliyyətinə və həmçinin fəal tələbələr ictimai-siyasi işlərdə fəallığına görə dosent Yusif Alıyev tərəfindən Fəxri diplom, Fəxri fərman və Təşəkkürnamə ilə təltif olunub. Təltif olunanlar sırasında filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Baş mühasib Mahirə Malıyeva, Ümumi şöbənin müdiri Sahilə Ağasıyeva, Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova, Kitabxana müdiri Samirə Hacıyeva, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimləri Aygün Şıxbabayeva, Pərvanə Rzayeva, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi, Doktorant və Gənc Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov, Tədris tələbə şöbəsinin inspektoru Elnarə Musayeva, Pedaqoji fakültənin tyutoru Xəyalə Ələkbərova, filialın əməkdaşı Nəhayət Şirinova, tələbələrdən TGT sədr müavini Səyyad Nəcəfov, TEC sədr müavini Ayşən Bağılı, İsrafil Qayıbov, Cahandar Zeynalov, Ayşən Hüseynova, Fizzəxanım Hüseynova olub.
Tədbirə tanınmış müğənni Ayaz Babayev öz sevilən mahnıları ilə rəng qatıb. DJ Mustafanın iştirakı ilə tədbir daha coşqu ilə keçib. Tələbələr və əməkdaşlar səmimi atmosferdə bir-birindən maraqlı və gözəl rəqs nümunələri ilə tədbiri daha yaddaqalan etmişlər.

     Bundan əlavə tədbirin aparıcısı, tyutor, şairə Xəyalə Ələkbərovanın (Xəyalə Dilək) təşkilatçılığı ilə maraqlı viktorinalar, əyləncəli oyunlar təşkil edilib. Fərqlənən iştirakçılara hədiyyələr təqdim edilib.

  • Mənbə: ADPU Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi

  • Bazar, 22 Dekabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU Quba Filialında "Açıq qapı" günü keçirilib.

Çərşəmbə axşamı, 21 Yanvar 2020

ADPU-nun Quba Filialında "Azərbaycan ədəbiyyatında Mirzə Cəlil yolu" adlı elmi-praktiki konfrans keçirilib.

Çərşəmbə, 6 Noyabr 2019

ADPU-nun Quba Filialının müəllimi "Tərəqqi" medalına layiq görülüb

Çərşəmbə, 4 Dekabr 2019