Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında 15 Sentyabr Bilik Günü

ADPU-nun Quba Filialında 15 Sentyabr Bilik Günü ilə əlaqədar tədbir keçirilib.

Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Quba Filialında   15 Sentyabr Bilik Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə filialın Pedaqoji fakültəsinin dekanı , filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov açıb, filialda 2018-2019-cu tədris ilinə hazırlıqla əlaqədar görülən işlərdən  bəhs edib. 

Filial  haqqında ümumi məlumatı orientasiya təqdimatı  şəklində filialın Dekan müavini Nübar Bayramova təqdim edib,maddi-texniki baza, filialda görülən işlər, filial əməkdaşlarının və tələbələrin nailiyyətləri   haqqında  ətraflı məlumat verib.

Daha sonra tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, , filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Cəfər Səlimov, Rahib Alpanlı , Tələbə Gənclər Təşkilatının sədri Həcər Seyidəhmədova, 2018-2019-cu tədris ilində ADPU-nun Quba Filialına 670 bal toplayaraq qəbul olunan Nübar Rəhimova və onun valideyni İlkin Rəhimov çıxış edib, bütün professor , müəllim və tələbə kollektivini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik ediblər.

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə axşamı, 15 Sentyabr 2018


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Nəsimi 650 il

Bazar, Dekabr

ADPU-nun Quba Filialının direktoru filialın tələbə təşkilatlarının fəal üzvləri ilə görüşüb.

Cümə axşamı, 14 Noyabr 2019

ADPU-nun Quba Filialının əməkdaşları YAP Quba rayon təşkilatında keçirilən tədbirdə iştirak edib

Cümə axşamı, 31 Oktyabr 2019