Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba Filialında 12 Noyabr Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib.

Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 12 Noyabr Konstitusiya Günü münasibəti ilə tədbir keçirilib.

       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan olunub. Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, filialın professor, müəllim və tələbə kollektivi iştirak edib,  Tədbirdə çıxış edən dosent Y.Alıyev bildirib ki, konstitusiyamızın ümumxalq referendumu ilə 12 noyabr 1995-ci ildə qəbul edilməsi müstəqillik tariximiz üçün əhəmiyyətli hadisələrdən biridir.O, öz çıxışında vurğulayıb ki, bu əhəmiyyətli hadisənin tariximizə yazılmasının əsas səbəbkarı isə ulu öndər Heydər Əliyevdir. Daha sonra tədbirdə filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının dosenti Məhəmməd Nurməmmədov, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Aygün Şıxbabayeva, filialın əməkdaşı Nəhayət Şirinova çıxış edib, konstitusiya aktının qəbul edilməsi, fəsillər, maddələr və konstitusiyamızda qəbul edilən dəyişikliklər haqqında ətraflı məlumatlar veriblər. Tədbirdən sonra filialın kitabxana müdiri Samirə Hacıyevə 12 Noyabr Konstitusiya Günü ilə əlaqədar yazını "Oxucu" divar qəzetində yerləşdirib.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Çərşəmbə, 13 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialında “Öz şöləni kəşf et” adlı tədbir keçirilib.

Çərşəmbə, 28 Noyabr 2018

ADPU-nun Quba Filialının müəllimi "Tərəqqi" medalına layiq görülüb

Çərşəmbə, 4 Dekabr 2019

ADPU-nun Quba Filialında “Bayrağımız milli qürur mənbəyimizdir” adlı tədbir keçirilib

Cümə axşamı, 7 Noyabr 2019