Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nu Quba filialının əməkdaşı və tələbəsi layihə qalibi olub.

ADPU-nun Quba filialının əməkdaşı və tələbəsi Gənclər Fondunun fərdi olaraq gənclər üçün təşkil etdiyi 13-cü qrant müsabiqəsinin qalibi olub.

Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli, 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 14 iyul – 23 avqust 2019-cu il tarixlərində 13-cü qrant müsabiqəsini keçirib. Oktyabr ayının 17-si müsabiqənin nəticələri açıqlanıb. Qaliblər siyahısında ADPU Quba filialının Pedaqoji fakültəsinin tyutoru Ələkbərova Xəyalə və “Tarix coğrafiya müəllimliyi" ixtisasının III tədris ili tələbəsi Şükürov Elvin də olub. Həmçinin bu iki gənc "Yurd" Gənclərin İntellektual İnkişafına dəstək İctimai Birliyinin fəal üzvləridir.
X.Ələkbərovanın “KriptoMƏN-Gənclərin İntellektual Məntiq Oyunu” adı altında layihəsində Quba, Qusar, Xaçmaz gənclərindən ibarət komandalar təşkil olunaraq, “Kod-Da Vinci” adlanan intellektual məntiq oyunu keçiriləcək. Layihənin məqsədi gəncləri həm intellektual olaraq, həm də fiziki olaraq inkişaf etdirməkdir. Bu layihə komanda halında düşünmək, yarışmaq, birlikdə çətinliyin öhdəsindən gəlmək bacarıqları formalaşdırmaq üçün gənclərə böyük dəstək olacaqdır. Layihə 2020-ci ilin fevral,mart, aprel aylarına planlaşdırılır.E.Şükürovun isə “Daş tarixi daş yaddaşa çevirək” adı altında layihəsi qalib olub. Layihə çərçivəsində Şabran və Quba rayonlarının hər birindən 15 aktiv gənc seçiləcək. Bu 30 nəfər 4 gün ekskursiyaya aparılacaq. Layihə gənclərə tarixi abidələrin və milli-mənəvi dəyərlərin aşılanması məqsədi daşıyır. Ümumilikdə hər iki layihənin icrası zamanı gənclərimizə uğurlar arzu edirik.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

  • Bazar ertəsi, 18 Noyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında konfrans keçirilib

Bazar ertəsi, 18 Fevral 2019

ADPU-nun Quba filialında yeni “Kitab klub” fəaliyyətə başladı.

Çərşəmbə, 16 Oktyabr 2019

ADPU-nun Quba Filialında “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilib

Şəmbə, 26 Oktyabr 2019