Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü

ADPU-nun Quba Filialında 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev, professor-müəllim heyəti Quba şəhər Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, önünə  gül dəstələri qoyublar.

Daha sonra filialın akt zalında  5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.Tədbiri girş sözü ilə açan  direktor dosent Yusif Alıyev kollektivi  5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, müasir dövrdə ulu öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən daha yüksək ad tanımıram” fikrinin təsdiqi fonunda respublikada müəllim nüfuzunun artırılması üçün görülən işlərdən, genişmiqyaslı islahatlardan ətraflı danışıb.Daha sonra bildirib ki, filialda da cəmiyyətə yararlı, yüksəkixtisaslı kadrların hazırlanması, gənclərin dövlətə, dövlətçiliyə layiqli vətəndaş kimi yetişdirilməsi  üçün qarşıya məqsəd qoyulub, bu məqsəd isə gələcəyimizə yüksək inamla baxmağa imkan verir.

Daha sonra tədbirdə filialın bir qrup müəllimi  5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif ediliblər.

Tədbirdə həmçinin filialın Pedaoqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, tədbirə qonaq kimi dəvət olunan filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının məzunları çıxış edib, müasir dövrdə müəllim əməyinə göstərilən dövlət qayğısından, filialda son zamanlarda görülən işlərdən söz açıblar.

Tədbir daha sonra filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi ”ixtisasının IV tədris ili tələbələrinin və Quba Uşaq Musiqi Məktəbinin müəllimlərinin köməyi ilə hazırladıqları maraqlı və rəngarəng konsert proqramı ilə davam etdirilib.

  • Mənbə: ADPU Quba filialı

  • Cümə, 4 Oktyabr 2019


  • Müəllif: Yusif Abayev


Oxşar xəbərlər

ADPU-nun Quba Filialının dosenti Məhəmməd Nurməmmədov beynəlxal konfransda iştirak edib

Şəmbə, 8 Sentyabr 2018

ADPU-nun Quba Filialının tələbələri Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısında iştirak edib.

Cümə axşamı, 12 Oktyabr 2018

Azərbaycan Gənclərinin VIII Forumu

Cümə, 19 Noyabr 2018