Xaricdə təhsil

25.09.2025
Xaricdə təhsil

Gənc nəslə danışmağı öyrətməliyik

(Kiçik ixtisarla)

Simon Jenkins

“The Guardian” qəzeti iyul, 2025

Bütöv bir nəsli uğursuzluğa düçar etməyimizin başqa bir yolu: gənclərə danışmağı öyrətməliyik.

    “Britaniya məktəbəlrinin ən böyük uğursuzluğu uşaqlara danışmağı deyil, oxumaq, yazmaq və saymağı öyrətməyindədir. Onlar texnologiyanın öyrədə bilmədiyinin əvəzinə, onun getdikcə daha asanlıqla öyrətdiyini öyrədirlər. Bu gün işəgötürənlər iş üçün müraciət edənlərin daha çox sosial bacarıqlarının və ya iş etikasının olmamasından şikayət edirlər. Şagirdlərə özlərini təqdim etmək, mübahisələri həll etmək və ya insan münasibətləri qurmaq nadir hallarda öyrədilir. Yetkin həyat üçün lazım olan ən əsas tələblərə laqeyd münaibət bəsləyirlər. Təhsilin demək olar ki, tamamilə həsr olunduğu – imtahan – yeganə tapşırıqdır ki, büsbütün sükutla həyata keçirilir. Halbuki heç bir işə qəbul zamanı imtahan sualları soruşulmur. Yalnız üç “r”-dan ibarət təhsili qanalma və zəli müalicəsinə əsaslanan tibb ilə müqayisə etmək olar.” (Üç “r”- (uşağın təhsilində əsas amillər hesab olunan üç fənn: reading – oxumaq, writing – yazmaq və hesab – arithmetic nəzərdə tutulur)

    Natiqlik, gözəl nitq bacarığının öyrədilməsi işinə on il bundan əvvəl qabaqcıl təhsil işçilərinin məktəb təhsilini daha da aktuallaşdırmaq cəhdi ilə başlanmışdır. Onu “Voys 21” və “İmputəs” kimi xeyriyyə təşkilatları irəli sürmüş və bir neçə məktəb də öyrətməyə söz vermişdi. Daha sonra, 2024-cü ildə, Məktəb və Kollec Rəhbərləri Assosiasiyasından Geoff Bartonun sədrliyi ilə natiqlik üzrə müstəqil komissiya quruldu. Komissiyanın fikrincə inqilab çoxdan yetişibmiş. 

Baxmayaraq ki, İngiltərə milli kurrikilimunda danışıq dili ingilis dili proqramlarının bir hissəsi kimi daxil olsa da, bu, nadir hallarda vurğulanır və ya nəzərə çatdırılır. Danışıq qabiliyyəti, qrup işi və sinif müzakirəsi, oxu, savad və hesablama ilə eyni statusa malik olmalıdır. 

*Oracy (gözəl – səlis və rəvan nitq, natiqlik) “dördüncü R” olmalıdır.

    Komissiyadan bir az əvvəl o vaxtkı baş nazir Rişi Sunak, kalkulyatorlar yoxmuş kimi, hələ də 18 yaşınadək hər kəsin riyaziyyatla məşğul olması barədə cağlayırdı. Lakin Keir Starmer bu anı qaçırmadı. O, gözəl nitqin“təkcə öyrənmə bacarığı deyil, həm də həyat üçün bir bacarıq…kim olduğunuzu öyrənmək…, utanacqlıq vəözündən narazılığın, narahatçılıq və şübhənin öhdəsindən gəlmək…dostlar və ailəyə açıq olmaq bacarığı” olduğunu bəyan etdi. Leyboristlərin lideri söz verdi ki, natiqlik öyrətmək Leyboristlər hökumətinin prioriteti olacaq. O, məsələnin mahiyətini anlamışdı. Bəlkə də göründüyü kimi yox. Starmerin replikası onun adi ekspromptlarından biri idi. O, öz vədini bir daha təkrar etmədi. Mart ayında hökumətin müvəqqəti kurrikulumu və qiymətləndirmə icmalı nəşr olunanda “natiqlik” (oracy) sözü yox idi. Bunun əvəzinə, Dikkensin “Çətin Zamanlar” (Hard Times)əsərində “balaca küpələri ağzına qədər doldurmaq” kimi satira atəşinə tutduğu, verilən biliyə daha çox ənənəvi vurğu var idi. Danışmaqdan bəhs olunmurdu.

    Starmer bu həftə hesabat verməyə çağırılıb. O, “Oracy” hərkatı fəallarından verdiyi sözə sadiq qalmasını tələb edən açıq məktub almışdır. Sənədi keçmiş təhsil nazirləriÇarlz Klark və Estelle Morris, yazıçı Maykl Rosen, siyasi ekspert Alastair Kempbell və natiqlik sənətinin digər 56 tərəfdarları imzalayıb. Müəlliflər Starmerdən xahiş edirdilər: – Süni intellektin sürətli inkişafı, dərinləşən sosial uçurumlar və davamlı bərabərsizliyin yaratdığı bir dünyada danışma, dinləmə və ünsiyyət bacarıqlarına heç vaxt bu qədər ciddi ehtiyac olmamışdır. Uşaq ədəbiyyatı professoru Rosen əlavə etmişdir ki, “dilin bel sütunudanışığımızdır. Bu, bizim gündəlik münasibətlər qurmağımız və dəyişdirməyimiz, həyatımızda baş verən hadisələri paylaşmağımız, başqalarının həyatı haqqında eşitməyimizdən ibarətdir”.

    Ailəmin gənc üzvləri bu yaxınlarda Kaliforniyadakı, əsas iş prinsipi qruplarda çalışma və öyrənmədən ibarət, yeni məktəbdən qayıdıblar. Orada müəllimin rolu mühazirə deyil, müzakirəyə rəhbərlik etməkdir. Bu, üsul artıq Britaniyanın Reading və Bath kimi universitetlərində sınaqdan keçirilməkdədir. Təsəvvür edirəm ki, yoxlamaq mümkün olmadığından bu, *Ofsted üçün qəbuledilməz, nifrət olunan bir şeydir. 

Mən bunu təklif edəndə bir müəllim cavab verdi: “O!, siz sadəcə olaraq bütün məktəblərin peşə

məktəbi kimi olmasını istəyirsiniz”.

    Natiqliyin”(oracy) mahiyyəti şagirdlərə öz fikirlərini başqalarına aydın ifadə etməyə, nəzakət və məntiq ilə qulaq asmağa və cavab verməyə kömək etməkdir.Vinçester Kollecinin şagirdləri hər günə mövzu ilə bağlısinif müzakirəsi ilə başlayardılar. Bütün məktəblər belə etməlidir…

    İngiltərə məktəb sisteminin dəyişməyə qarşı müqaviməti demək olar ki fanatik səviyyədədir. Onların dediyinə görə, əgər üç “r” Kraliça Viktoriya dövrü üçün kifayət qədər yaxşı idisə, indiki uşaqlar üçün də kifayət qədər yaxşı olmalıdır. Köhnə sistem hələ də riyaziyyatı sevir – iş axtaranların 95%-nin ona ehtiyacı yoxdur, çünki hesablamaq asandır və hökumətlər bununla öyünə bilər. Dərsin hər dəqiqəsininstatistik hesablanması olmalıdır.

    İndi yeniyetmə gənclər haqqında eşitdiyimiz hər şey həyəcan təbili çalır. Psixi xəstəlik sürətlə artır. Üzürsüz olaraq dərs buraxmaq və ən pisi, işləmək üçün bacarıq və qabiliyyətin olmaması da belədir. Onlar üçün iş dünyasının əhəmiyyəti yoxdur. Məktəb tədrisi islahatı qadağan edən peşəkar arxaizmin tələsinə düşmüş kimi görünür. Sinif təlimatı, akademik qabiliyyət, dərs rüblərinin uzunluğu və imtahan vurğunluğu dəyişməzdir. Valideynlər, hətta şagirdlər bu yaxınlarda nəzərdən keçirdikləri tədris proqramına “maliyyə, karyera biliyi, həmçinin siyasət və idarəetmə” fənlərinin daxil olmasını xahiş edərək münasibət bildiriblər. Bu tələblərə məhəl qoyulmayıb. Dünyada məktəb qapılarından kənarda heç bir *GCSE olmayacaq.

    Starmerə gəlincə, o, 16 yaşlı gənclərə müasir təhsil verilməsindən daha çox onların onun özünə səs verməsinə maraqlıdır.

    Əgər o, əsl radikal olsaydı, sözünə əməl edər və gəncləri danışdırardı.

______________

* Simon Jenkins “The Guardian”-ın köşə yazarıdır.

* Oracy – şfahi nitq vasitəsilə özünü yaxşı ifadə etmək bacarığı (the ability to express yourself well in speech – Oxford lüğəti)

* Ofsted – İngiltərədə təhsil, uşaq xidmətləri və bacarıqları Standartlar Ofisidir. Hər dörd ildən bir məktəb və müəssisələr yoxlanlıb qiymətləndirilir (əla, yaxşı, təkmilləşməyə ehtiyacı var, qənaətbəxş deyil). İki gün davam edən yoxlama zamanı inspektorlar dərsləri müşahidə edir, pedaqoji heyət və şagirdlərlə söhbət aparır. Yoxlama haqqında məktəbə adətən iki gün əvvəl məlumat verilir. Məktəblər yoxlamanı müstəsna hallarda təxirə sala və ya ləğv edə bilər.

* GCSE – (CiSiEsİ) İngiltərə, Uels və bəzi ölkələrdə 16 yaşlı şagirdlərin müxtəlif fənlərdən verdikləri imtahan Orta Təhsil Haqqında Ümumi Sertifikat (General Certificate of Secondary Education)

İngilicədən çevirdi:

Rahib (Alpanlı) Sədullayev,

ADPU-nun  Quba filialı filologiya kafedrasının

baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?