Xaçmazdan olan müəllim və şagird heyəti Pedaqoji Universitetin Quba filialından xoş təəssüratlarla ayrılıblar

26.05.2025
Xaçmazdan olan müəllim və şagird heyəti Pedaqoji Universitetin Quba filialından xoş təəssüratlarla ayrılıblar

Xaçmaz rayon Ağyazı Buduq kənd tam orta məktəbinin müəllim və şagird heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını ziyarət ediblər. Filialın drektoru, professor Yusif Aliyev ilə görüşdə maraqlı anlar yaşanıb. Bu cür təhsil ekskursiyaların xüsusi mənəvi-psixoloji əhəmiyyətə malik olduğunu ifadə edən direktor şagirdlərin arzu və diləklərini dinləyib. Şagirdlərin bəziləri gələcəkdə Pedaqoji Universitetin Quba filialında ali təhsil almaq istədiyini bildiriblər. Burada təhsil üçün yaradılan şərait, eləcə də ziyarətdə olan şagirdlərə göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını ifadə edən müəllimlər filial barədə yüksək fikirlərini bölüşüblər.

Filialın Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayev Riyaziyyat İnformatika müəllimi Alim Şixbalayev, Azərbaycan dili və Ədəbiyyatı müəllimi Şəmsəddin Cəfərov, Coğrafiya müəllimi İlqar Hacıyev və şagirdlərdən ibarət heyəti Universitetin ərazisi ilə tanış edib. Heydər Əliyev Lektoriyası, Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası ,Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür mərkəzi, Akt zalı, Kitabxana, İnformasiya Kommunikasiya texnologiyaları laboratoriyası, Tədris şöbəsi, tədris binaları ziyarət edilib.

Ekskursiyada olan müəllim və şagird heyəti Şəhla Qarayeva adına təqaüd proqramı adlı tədbirdə də iştirak ediblər. Sonda xatirə şəkili çəkilib

Xaçmazdan olan müəllim və şagird heyəti Pedaqoji Universitetin Quba filialından xoş təəssüratlarla ayrılıblar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?