07-08 may 2026-cı il tarixlərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşlarından ibarət komandalar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol idman növü üzrə turnirə yekun vurulub.
Bağlanış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, digər idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri çıxış edərək iştirakçılara uğurlar arzulamışlar.
Turnirin yekununa əsasən I yeri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin komandası, II yeri Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin komandası tutmuşdur. Fövqəladə Hallar Nazirliyinin Quba rayonunda yerləşən N saylı hərbi hissəsinin komandası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının komandası isə müvafiq yerləri bölüşmüşlər.
Qeyd edək ki, turnirdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının komandası növbəti oyunlarda FHN-nin rayon bölməsinin komandası ilə keçən gərgin mübarizə şəraitində oyunda 4:3 qalib gəlsə də, növbəti oyunda Rayon Mərkəzi Xəstəxanasının komandasına 4:5 hesabı ilə məğlub olmasına baxmayaraq, qrupda birinciliyini təmin etmişdir. Yarımfinal oyununda isə komandamız Quba Olimpiya İdman Kompleksinin yığmasına 2:3 məğlub olaraq turniri üçüncü pillədə başa vurmuşdur.
Sonda qalib komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif edilmişlər.










