“Azərbaycan müəllimi” qəzetinin 15 avqust 2026 cı il tarixli sayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru professor Yusif Alıyevin “Torpaqdan biliyə, bilikdən inkişafa” adlı çox dəyərli və əhəmiyyətli məqaləsi dərc olunub.
Məqalədə ADPU-nun Quba filialında bu ildən etibarən “Aqronomluq” ixtisasının açılmasına sadəcə növbəti təhsil istiqaməti kimi deyil, regional inkişafa yönəlmiş strateji və uzaqgörən bir addım kimi yanaşılır.
Quba-Xaçmaz bölgəsinin zəngin aqrar potensialı müasir elmi bilik, yeni texnologiyalar və peşəkar insan kapitalı ilə birləşdikdə kənd təsərrüfatı ənənəvi fəaliyyət sahəsindən innovativ və dayanıqlı inkişaf drayverinə çevrilə bilər. Torpağın potensialını biliyin gücü ilə birləşdirmək — birbaşa regionun gələcəyinə sərmayə qoymaqdır.
Filialımızda “Aqronomluq” ixtisasının yaradılmasının əsas fəlsəfəsi də məhz budur: gənclərimizin öz regionunda müasir ali təhsil alması, elmi bilikləri real istehsal mühiti ilə inteqrasiya etməsi və sabah həmin biliklə doğma bölgəsinin tərəqqisinə töhfə verməsi. Regional ali təhsilin gücü yalnız auditoriyada verilən nəzəriyyə ilə deyil, həmin biliyin regionun real inkişafına çevrilə bilməsi ilə ölçülür.
Bu əhəmiyyətli məqalənin və strateji baxışın geniş ictimaiyyətə çatdırılmasına göstərilən diqqətə görə “Azərbaycan müəllimi” qəzetinin kollektivinə, xüsusilə Sarvan Bəhluloğluns səmimi təşəkkürümüzü bildiririk. Təhsilin və regional təşəbbüslərin ictimai müzakirəyə çıxarılması bizim üçün son dərəcə dəyərlidir.
