TƏBRİK EDİRİK!

25.09.2026
TƏBRİK EDİRİK!

Filialın Heydər Əliyev Lektoriyasında keçirilən tədbirdə direktor köməkçisi ştatına yeni təyin olunan Emin Yarəmmədov kollektivə təqdim olunub. Qeyd edək ki, o, bu vəzifəyə qədər Filialın Keyfiyyət Təminatı Şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışırdı.

Tədbir filialın direktoru professor Yusif Alıyevin giriş sözləri ilə başlanıb. Direktor çıxışında filialın inkişaf dinamikası, qarşıya qoyduğu hədəflər, əldə edilən uğurlar, yeni sturukturun formalaşdırılmasını zəruri edən səbəblər və digər məsələlərə toxunub. Bildirib ki, son dövrlərdə filial koordinasiya edilmiş və əməkdaşlıq mühitində qurulmuş iş nəticəsində qarşıya çıxan problemlərin öhdəsindən layiqincə gəlib və tədris keyfiyyətli şəkildə davam edib. Qeyd edilib ki, filial qarşıya qoyulan qısamüddətli hədəflərə çatıb, artıq növbə orta və uzunmüddətli hədəflərindir. Direktor Yusif Aliyev çıxışında həmçinin tələbə və əməkdaşların elmi tədqiqatlara cəlb olunmaları, xaricdə təhsil almış kadrların filial daxilində stimullaşdırılması, keyfiyyətli və səmərəli fəaliyyət üçün zəruri olan detallar və digər məsələlərə toxunub. Tədrisin əlaqələndirilməsində innovativliklə ayaqlaşmağın vacibliyi və bunun filialın inkişafında mühüm rol oynaması vurğulanıb. Qeyd edilib ki, sadalanan inkişaf prioritetləri filial daxilindəki sturuktur yenilənməsini zəruri edir. Həmçinin beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasının zəruriliyi vurğulanıb.

Daha sonra təklif və fikirlər üçün söz tədbir iştirakçılarına verilib. Onlar da öz növbəsində Emin Yarəmmədov təbrik edib, uğurlar arzu edib və bu təyinata layiqli namizədin seçildiyini bildiriblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?