5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə ADPU-nun Quba filialının Humanitar elmlər kafedrasının baş müəllimi Sərxan Cəfərov “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Hörmətli Sərxan müəllimi direktor professor Yusif Alıyevin və filialın kollektivinin adından ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.



