Tələbələrlə iftar süfrəsi ətrafında görüş keçirilib

19.03.2025
Tələbələrlə iftar süfrəsi ətrafında görüş keçirilib
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə Ramazan ayı münasibətilə iftar süfrəsi ətrafında tələbə və müəllimlərlə görüş təşkil edilmişdir. Universitetin yeməkxanasında təşkil olunan görüşdə direktor dosent Yusif Alıyev əvvəlcə çıxış edərək mübarək Ramazan ayı və qarşıdan gələn Novruz bayramı münasibətilə əməkdaş və tələbələri səmimi qəlbdən təbrik etdi. O qeyd edib ki, Ramazan bayramı xalqımızın mübarək bayramıdır. Bizlər hər zaman öz dəyərlərimizə sahib çıxmağı bacarmışıq. Bu səbəbdən də millət olaraq müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimiz qalib gəldi. Bu gün biz Azərbaycan xalqı olaraq, öz millətini, dövlətini sevir, Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin daxili və xarici siyasətini bəyənir və dəstəkləyirik.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı kollektivi olaraq da ötən Ramazandan bu yana çox ilklərə imza atdıq, uğurlu layihələr icra etdik, ümumilikdə birgə addımlamaq sayəsində çətinliyi geridə qoyacaq qədər çalışdıq, əməyimizlə dəyərləndirdik.
Direktor həm də qeyd edib ki, tutduğunuz orucların və etdiyiniz duaların Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, bol ruzi, əmin-amanlıqla arzulayıram”.
Daha sonra şəhidlərimizə rəhmət, Azərbaycan dövləti, xalqı üçün dualar edilib, oruc açılıb, səmimi söhbət davam edib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?