“Tələbədən peşəkara: akademik təhsil yolunda strateji planlanma”

04.03.2026
“Tələbədən peşəkara: akademik təhsil yolunda strateji planlanma”

Qubada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “The Weekend – III” düşərgəsi keçirilib

Düşərgənin sonuncu günü “Tələbədən peşəkara: akademik təhsil yolunda strateji planlanma” adlı panel görüş uğurla baş tutub.

ATGTİ-nin proqram meneceri Bəxtiyar Quluzadənin moderatorluğu ilə baş tutan görüşün qonaqları isə Dövlət İmtahan Mərkəzinin Quba-Xaçmaz Regional bölməsinin sədri Faiq Nadirsoy və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini p. f. d Aysel Şeydayeva olublar.

Düşərgədə həmçinin Quba filialının Tələbə Klublarının sədrləri və sədr müavinləri də iştirak edib.

Düşərgənin əsas məqsədi ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə klublarının inkişafına dəstək olmaq, klub idarəçiliyi sahəsində bilik və bacarıqları artırmaq, gənclərin liderlik, komanda işi və layihələrin effektiv idarə olunması istiqamətində potensialını gücləndirmək olub.

Proqram çərçivəsində iştirakçılar üçün tematik təlimlər, panel müzakirələri, interaktiv sessiyalar və komanda quruculuğu fəaliyyətləri icra edilib. Düşərgə, tələbə klublarının fəaliyyətinin daha səmərəli təşkili, təşəbbüskarlığın artırılması və gənclərin ictimai fəallığının stimullaşdırılması məqsədi daşıyıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?