Tələbə Elmi Cəmiyyətinin XV Elmİ Konfransın bölmə iclaslarında “Yaşıl enerji” adlı elmi tədqiqat işi xüsusilə fərqlənib.

27.11.2025
Tələbə Elmi Cəmiyyətinin XV Elmİ Konfransın bölmə iclaslarında “Yaşıl enerji” adlı elmi tədqiqat işi xüsusilə fərqlənib.

Quba filialında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində və Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XV Elmİ Konfransın bölmə iclaslarında “Yaşıl enerji” adlı elmi tədqiqat işi xüsusilə fərqlənib.

Elmi rəhbər filialın Dəqiq və təbiət elmləri kafedrasının baş müəllimi Hikmət Musayevin dəstəyi ilə hazırlanan layihəni filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri Sultanova Nəzrin və İbrahimova Nəzrin xüsusi hazırlanmış maketlə nümayiş etdiriblər. Qeyd edək ki, layihə konfransda qalib elan edilib və filialın direktoru professor Yusif Alıyev tərəfindən Fəxri diploma layiq görülüb.

Bu layihədə Azərbaycanın ucqar və kiçik kəndlərinin bərpa olunan enerji mənbələri əsasında özünü enerji ilə təmin etmə imkanları araşdırılmışdır. Tədqiqatın məqsədi günəş və kiçik hidroenerji potensialını qiymətləndirərək, bu kəndlər üçün ən effektiv off-grid və hibrid enerji modellərini müəyyənləşdirməkdir. Metodologiya çərçivəsində coğrafi məlumatların analizi, enerji tələb-təklif balansının hesablanması, texniki və iqtisadi qiymətləndirmələr, həmçinin sosial- ekoloji təsirlərin təhlili aparılmışdır. Nəticələr göstərir ki, günəş və mini-hidro sistemlərinin kombinasiyası enerji stabililiyini artırır və mərkəzi şəbəkəyə qoşulmaqdan daha sərfəlidir. Bu yanaşma kənd təsərrüfatının məhsuldarlığını yüksəldir, sosial rifahı yaxşılaşdırır və ekoloji məsuliyyət baxımından üstünlük yaradır. Layihə nəticələri belə sistemlərin mərhələli tətbiqinin Azərbaycan kəndlərinin enerji müstəqilliyinə, regional inkişafına və davamlı enerji strategiyasına əhəmiyyətli töhfə verə biləcəyini göstərir.

Layihə bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?