Təhsildə yeni strategiyalar

15.10.2024
Təhsildə yeni strategiyalar

ADPU-nun Quba filialında “Təhsildə yeni strategiyalar” mövzusunda beynəlxalq təlim-tədris uğurla başa çatıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Təhsildə yeni strategiyalar” mövzusunda beynəlxalq təlim-tədris təşkil olunub.

14 Oktyabr 2024-cü il tarixində Avropa Azərbaycan Məktəbi, Qafqaz və Orta Asiya İB (International Baccalaureate) Dünya Məktəbləri Assosiasiyası ilə əməkdaşlıq nəticəsində təşkil olunan təlim-tədris ADPU-nun Quba filialının rəhbərliyi, professor müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə ADPU-nun Quba filialının direktoru f.e.d. dosent Yusif Alıyev təlimin-tədrisin məqsəd və vəzifələrindən bəhs edib.

Çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsində elm və təhsil sahəsində aparılan islahatlara, biliyin mənimsənilməsi üçün dünya təcrübəsinin öyrənilməsi, müasir dövrdə müəllim-tələbə münasibətlərinə yeni yanaşmalara dair səmərəli tətbiqlər, biliyin qiymətləndirilməsi və s. mühüm məsələlərə geniş yer verən direktoru dosent Yusif Alıyev diqqətə çatdırıb ki, tələbənin öyrənmək arzusu ilə müəllimin öyrətmək istəyi vəhdət təşkil edəndə nəticələr daha böyük olur.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri vətənimizin gözəlliyini və dəyərlərimizi ehtiva edən şeirləri ana dilində və ingiliscə söyləyiblər.

Təlimçi, Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Orta Asiya İB Dünya Məktəbləri Assosiasiyasının rəhbəri Françesko Bankini geniş təqdimatla iştirakçılar qarşısında çıxış edib.

Sonra iştirakçılara ADPU-nun Quba filialı və təlimçi tərəfin ortaq sertifikatı təqdim olunub.

Təlimçi-müəllim Françesko Bankini Azərbaycan Dövlət Pedaqoji Universitetinin ADPU-nin Quba filialında Xatirə kitabına filial və kollektiv barədə xoş sözlər ifadə edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?