Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini, İctimai elmlər kafedrasının baş müəllimi Mürvət Əliyevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 24.10.2025-ci il tarixli qərari ilə fəlsəfə doktoru elmi dərəcəsi verilib və 21 noyabr 2025-ci il tarixində AAK da rəsmi şəkildə fəlsəfə diplomu təqdim edilib.
Qeyd edək ki, Mürvət Əliyev Tarix elm sahəsinin Vətən tarixi, ixtisası üzrə AMEA-nın Naxçıvan bölməsinin nəzdində fəaliyyət göstərən ED 1.13 Dissertasiya Şurasında Azərbaycanın Borçalı və Qazax-Şəmşəddil bölgələri uğrunda Gəncə xanlığı ilə Rusiya-Gürcüstan bloku arasında mübarizə mövzusunda dissertasiya işi müdafiə etmişdir.
Tədqiqatın əsas məqsədi Nadir Şah tərəfindən Borçalı və Qazax bölgəsinin idarəsinin Gürcü hakimlərə həvalə olunmasına tarixi baxış və bu dövrdə Şərqin son fatehinin bölgədə yeritdiyi siyasətin mahiyyətinin açılması, Şəmşəddil məsələsinin tarixi keçmişi, bu bölgələr uğrunda Gəncə xanlığının qeyri-bərabər qüvvələr nisbətinə baxmayaraq Rusiyaya arxalanan, ondan birbaşa dəstək alan Gürcü hakimlərinə qarşı apardığı amansız mübarizə, Rusiyanın bir başa torpaqlarımıza işğalçı yürüşləri, Cavad xanın son damla qanına qədər apardığı mübarizə, bu mübarizənin Azərbaycan azadlıq hərəkatı tarixinin bir parçası olmasını tarixi faktlarla obyektiv baxışlarla açıb göstərilməsindən ibarət olmuşdur.
Dissertasiya işi AMEA-nın Tarix İnstitunun “Azərbaycanın yeni tarixi və Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsində yerinə yetirilmiş, elmi rəhbəri Tarix elmləri doktoru, professor Camal Mehdi oğlu Mustafayev olmuşdur.