(İnternet materialları əsasında, ixtisarla)
II yazı
Suni intellekt (Sİ) müəllimlər üçün proqram, plan, gündəlik dərs icmalı, cədvəl, qrafik və s. kimi əyani vəsaitlərin hazırlanması, dərslərin daha müasir və daha maraqlı olması üçün çox əhəmiyyətli bir mənbədir. Sİ-in bəzi imkanlarına nəzər salaq:
· Müəllimlər lazımi materialı qısa müddətdə tapa bilir.
· Sİ dərslər üçün maraqlı məqalələr, videolar və interaktiv reurslar təklif edir.
· Sİ şagirdlərin təlim nəticələri və necə öyrənmək istədiklərinə əsaslanaraq tövsiyələr verə bilər. Bu, dərsləri hər bir öyrənciyə uyğun təşkil etməkdə müəllimlərə kömək edir.
· Sİ vasitələri müəllimlərə müəyyən istiqamətlərdə yaxşı olan və əlavə köməyə ehtiyacı olan şagirdlər üçün xüsusi planlar hazırlamaqda kömək edir. Bunun sayəsində hər bir şagird özünə uyğun təlim ala bilir.
· Sİ şagirdlərin yazılarını qrammatik, cümlə strukturu və söz seçimində səhvlərini təshih edə bilir.
· Sİ dərslər üçün yazı fəaliyyətləri və fikir yaradan çalışmalar kimi əyləncə və kriativ ideyalar təklif edə bilir. Bu, müəllimlərə dərslərini şagirdlərini kriativ və tənqidi düşündürməkdə yardımçı olur. (Artificial intelligence and English language teaching: Preparing for the future, iyul 2024, British Council) www.britishcouncil.org
Lakin bütün bu mühüm işlərin icrasını Sİ vasitələrinə həvalə edib arxayınlaşmaq olmaz. İnsanların fəaliyyətində olduğu kimi, Sİ vasitələrinin də son məhsulunun mənşəyi, keyfiyyəti, etibarlılığı, məqsədəuyğunluğu yoxlanılmalıdır. Bundan savayı Sİ-in verdiyi imkanlardan istifadə etməyin müəyyən üsullarına da əməl etmək lazımdır ki, müsbət nəticə alınsın. Deməli, Sİ vasitələrindən istifadənin həm müsbət, həm də mənfi cəhətləri müəyyən mənada ondan istifadə edənlərin səriştəsindən asılıdır. Başqa sözlə desək, gözlədiyimiz nəticənin keyfiyyəti Sİ-ə verdiyimiz təklifin keyfiyyətindən asılıdır.
“Dünya daha çox dəyişkən, qeyri-müəyyən və anlaşılmaz olmuş, təhsil isə mürəkkəb, qarmaqrışıq amillərin hədəfində ilişib qalıb. Bununla belə, mədəniyyətlərin, sosial və iqtisadi inkişafın formalaşmasında bilik, bacarıq və münasibətlərin oynadığı rolu lazımınca qiymətləndirməyi heç vaxt unutmamalıyıq.” Andreas Şleyxer, Təhsili Formalaşdıran Tendensiyalar (Trends Shaping Education 2025). Müəllifin fikrincə təhsilin gələcəyini texnoloji tərəqqi və digər megatrendlər formalaşdıracaq.
Bütün bunlarla yanaşı, təhsil sistemləri öz fundamental əsaslarını diqqətdən qaçırmamalıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzv ölkələrin böyükləri arasında oxu, yazı, danışıq və hesablama savadı üzrə keçən il aparılmış sorğuya görə yalnız 20% sadə mətnləri başa düşə və əsas hesablamarı icra edə bilirlər. Sıralamada aşağı göstəricilər payı 44% ilə Çilidən başlayıb, 4% ilə Yapniyada bitir. Uşaqları Sİ dövrünə hazırlamaq fundamental bacarıqlara biganəlik yaratmamalıdır. https://www.teachermagazine.com/au_en/articles/global-megatrends-and-their-impact-on-education
İndi də Sİ-dən istifadə etmək üçün bir sıra tövsiyyələri nəzərdən keçirək:
1. Dərsin sonunda nail olmaq istədiyin təlim məqsədlərini aydın ifadə etmək lazımdır ki, Sİ dərsin məqsədinə uyğun material və fəaliyyət növləri yarada bilsin.
2. Sinif əviyyəsi və mövzunu göstər.
Oyrənənlərin səviyyəsi və planlaşdırdığınız dərslərin mövzusunu qeyd etmək çox vacibdir. Bu, Sİ üçün səviyyə və mövzuya müvafiq ideya və fəaliyyətlər yaratmağa imkan verir.
3. İstədiyiniz fəaliyyətlər haqqında ətraflı təlimat verin, fərqləndirmə strategiyalarını xahiş edin.
Arzu etdiyiniz fəaliyyətlər haqqında aydın məlumat Sİ-ə materialları sizin ehtiyaclarınıza uyğunlaşdırmaqda kömək edir. Məsələn, sinifdə müxtəlif səviyyəli və fərqli ehtiyacları olan şagirdlər varsa Sİ dərsin hər bir mərhələsi üçün müvafiq fəaliyyətər tərtib edə bilər. İstəklərinizi dəqiqləşdirməklə siz Sİ-ə təlim məqsədlərinizə uyğun resurslar, strategiyalar hazırlamaq imkanı verirsiniz.
4. Müddət və zaman bölgüsünü göstərin.
Dərsin zaman məhdudiyyətlərini dəqiqiliklə müəyyən edin ki, Sİ dərsə ayrılmış vaxta uyğun olaraq fəaliyyətlər planı yaradıla bilsin.
5. Mövzu və ya konteksti təqdim edin.
Sİ mövzusuz dərs planları da yarada bilir, lakin dərs planlaşdırarkən bizim məqsədimiz bu deyil. Mövzunun təqdim edilməsi Sİ-ə məqsədyönlü dərs planı hazırlamaqda kömək edir.
6. Qiymətləndirmə strategiyaları və əks əlaqə ideyaları verməyi xahiş edin.
Dərs planlaşdırmaq qiymətləndirmə tələb edir. Mövzu, dərsin məqsəd və fəaliyyətləri göstərdiyiniz kimi dərsin məqsədlərinə uyğun qiymətləndirmə üsul və strategiyalarını da xahiş edin.
7. Sİ-ə istədiyinizin nümunəsini təqdim edin.
Sİ onlarla dərs planı və fəaliyyətlər tərtib etmək bacarığına malikdir, lakin onların heç də hamısı sizin istədiyiniz olmayacaq. Zaman və resurslardan səmərəli istifadə etmək üçün ona axtardığınızın nümunəsini verin. Bu zaman sizin ehtiyaclarınıza görə daha konkret nəticə alınacaq.
8. Yazı sifarişləri ilə məşq edin.
Birinci tələbləriniz istədiyiniz nəticəni verməyə bilər, ona görə də tələbləriniz və ifadələrəinizlə sınaq etməyə hazır olun, göstərişlərinizi daha konkret və təsirli edin.
Sİ-dən səmərəli istifadə etmək istifadəçidən müəyyən dünyagörüşü, elmi, etik səviyyəyə malik olmasını tələb edir. Bu baxımdan nələri etmək olar, nələri etmək olmaz?
| Etmək olar | Etmək olmaz |
| ✓Konkret və aydın olun Təklifləriniz nə qədər konkret və aydın olarsa, Sİ də bir o qədər yaxşı başa düşər və müvafiq cavab verər. Konkret təkliflər həm də Sİ-in yanlış cavab vermək və ya səhv məlumatı fakt kimi təqdim etmək riskini azaldar. ✓ Kontekst təqdim edin Sorğunuza uyğun kontekst və ya zəmin məlumat daxil edin ki, sizin təklifinizin konteksti başa düşülüsün: “Oxuyub anlama qabiliyyətini necə inkişaf etdirə bilərəm?” sualı əvəzinə kontekst təqdim edin, məsələn, “Mən oxuyub anlama bacarığında problemləri olan orta sinif şagirdlərinə xarici dil kimi ingilis dilindən dərs deyirəm. Onların oxuyub anlama bacarıqlarını inkişaf etdirmək üçün səmərəli strategiya və ya fəaliyyətlər təklif edə bilərsiniz? ✓ Nümnələrdən istifadə edin Mümkündürsə axtardığınızı təsvir etmək üçün nümunələr daxil edin. Bu, daha dəqiq və uyğun cavablar vermək imkanı yaradır. “Qrammatikanı səmərəli necə tədris etmək olar?” – əvəzinə belə bir nümunə vermək olar: “Yeni öyrənənlərə feilin keçmiş zamanını öyrətmək üçün hansı fəaliyyət növlərini təklif edə bilərsiniz?” və ya “İngilis dilində tələffüz problemlərini həll etməkdə şagirdlərimə yardımçı olmaq üçün hansı strategiyalardan istifadə edə bilərəm?” ✓ Mürəkkəb sualları hissələrə ayırın Sİ-ə verdiyiniz təklif bir neçə hissədən ibarətdirsə və ya mürəkəbdirsə, onu daha sadə sual və xahişlərə çevirin. Bu, Sİ-in hər bir komponentə diqqət yetirməsinə kömək edə bilər. ✓ Təcrübə edin Son nəticə istədiyiniz kimi olmadıqda müxtəlif ifadə və yanaşmalarla təcrübə etməkdən çəkinməyin. Tələbinizi uyğunlaşdırmaq bəzən daha yaxşı nəticələr verə bilər. | X Qeyri-müəyyənlikdən çəkinin Sorğularınızda ikibaşlı və qeyri-müəyyən dil işlətməkdən çəkinməyə çalışın. Aydın və konkret sorğular adətən daha yaxşı nəticələr verir. X Açıq sualları məhdudlaşdırın ChatGPT kimi generativ /yaradıcı Sİ alətləri açıq sualların öhdəsindən müəyyən həddə qədər gələ bildikləri halda, tələblərinizdə tez-tez müəyyən tərtibat və istiqamət vermək daha effektli olur. Məsələn, açq sual: “Qlobal dəyişməni azaltmaq üçün bəzi yollar hansılardır?” Tərtib olunmuş sual: “İnsanların səbəb olduqları karbon səviyyəini azaltmaq üçün üç praktik tədbir siyahısını verə bilərsinizmi?” X Çox uzun suallardan çəkinin Sorğular həddindən artıq uzun olduqda qısaldıla bilər, sistem onları yaxşı başa düşməyə bilər. Sorğunuz qısa və aydın olsun, onu sadəcə bir neçə açar sözdən ibarət cümlələr formasına salın. X Təkrar ifadələrdən çəkinin Eyni bir sorğunu kiçik dəyişikliklərlə soruşmaq təkrarlanan cavablara səbəb ola bilər. İstədiyiniz nəticəni ala bilməyəndə xahişinizi başqa sözlərlə ifadə etməyə çalışın. Məsələn: İlkin xahiş: Şagirglərimin danışq bacqrıqlarını necə inkişaf efdirə bilərəm? Başqa sözlərlə ifadə ounmuş təklif: Yaxşı qrammatika və söz ehtiyatına malik olmalarına baxmayaraq, şagirdlərim ingilis dilində danışıqlar aparamağda çətinlik çəkirlər. Onları ingiliscə daha səlis və təbii danışmağa həvəsləndirmək üçün hansı interaktiv fəaliyyət və oyunlardan istifadə edə bilərəm? X Əvvəlcədən nə isə bildiyinizi sanmayın Sİ-də həmin zamana aid məlumat olmaya bilər. Alınan cari nəticənin tarixini yoxlayın. Sİ-in son hadisə və yeniliklər haqqında xüsusi detalları bildiyini sanmayın. |
(Artificial intelligence and English language teaching: Preparing for the future, iyul 2024, British Council) www.britishcouncil.org
Süni intellekt haqqında geniş mütaliəmizə əsasən deyə bilərik ki, interaktiv texnologiyanın bütün növləri kimi, Sİ də təlimdə yardımçı vasitədir və ondan son dərəcə ehtiyatla istifadə etmək lazımdır. Təlim-tərbiyənin əsas hərəkətverici qüvvəsi peşəsinin vurğunu olan müəllimdir. Texnoloji yeniliklərdən səmərəli istfadə edərək, təlim-tərbiyənin əsrlərin sınaqlarından çıxmış metod və üsullarından faydalanmağı da unutmamalıyıq. Çalışmalıyıq ki, texniki vasitələr və Sİ-in imkanlarından məqsədyönlü və ağıllı şəkildə istifadə edək, onların insan amilini tamamilə əvəz edəcəyi haqqında fikirlər bzi ruhdan salmasın, ən azından ona görə ki, Sİ-in düşünmək və özünü yeniləmək qabiliyyəti yoxdur.
İstinad tərcümələri müəllifə məxsusdur.
Rahib (Alpanlı) Sədullayev,ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi,qabaqcıl təhsil işçisi