Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba filialının dekanı

___İdrisov Qələmşah Seyidəhməd oğlu 18 iyun 1964-cü ildə Xaçmaz rayonunun Qırağlı kəndində anadan olmuşdur.

___1981-ci ildə orta məktəbi, 1989-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına APİ) "Bədii qrafika" fakültəsini bitirmişdir.

___1992-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında müəllim işləmişdir. 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitunun Quba filialında müəllim, kafedra müdiri və direktor müavini kimi fəaliyyət göstərmişdir.

___2002-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olmuş, 2007-ci ildə Bakı Dövlət Universitetində dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

___2014-cü ildən Azərbaycan Müəllimlər İnstitunun Quba filialında, 2015-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Pedaqoji fakültənin dekanı vəzifəsində çalışır. 10 elmi, 50-dən çox metodiki, publisistik məqalələrin və ayrı-ayrı tədqiqat sahələrini əks etdirən 7 kitabın müəllifidir. "Qızıl qələm" və "Araz ali ədəbi" mükafatları laureatıdır. Qubada fəaliyyət göstərən "Gülüstan" elmi-ədəbi məclisinin üzvüdür. Elmi Şuranın üzvüdür.

___Kitablarından birneçəs:

     ÜRƏYİMİ AÇIRAM (Bakı-2006) - QƏLƏMŞAH İDRİSOV

     QIRAĞLI TOPONİMİ VƏ QIRAĞLILILAR (Bakı-2008) - QƏLƏMŞAH İDRİSOV

     AZƏRBAYCAN DİLİNDƏ TƏSVİRİ SƏNƏT TERMİNLƏRİ (Bakı-2010) - QƏLƏMŞAH İDRİSOV

     XAÇMAZ TOPONİMLƏRİ (Şərq-Qərb Bakı-2011) - QƏLƏMŞAH İDRİSOV

     YURD SEVGİSİ (Bakı-2013) - QƏLƏMŞAH İDRİSOV

     PROFESSOR QƏZƏNFƏR KAZIMOV VƏ AZƏRBAYCAN DİLÇİLİYİ (Şərq-Qərb BAKI-2014) - QƏLƏMŞAH İDRİSOV

 

     

 

 

Telefon : +994 23 335 43 21

Adres : Fətəlixan küç. №5