Frank MakKurtun “Müəllim adam” (Teacher Man) kitabından
1958-ci il, mart ayıdır. MakKii orta məktəbinin boş bir sinif otağında masamda əyləşmişəm. Bir dəqiqədən sonra zəng çalınacaq və şagirdlər içəri tələsəcəklər. Məni masamda əyləşmiş halda görsələr nə deyəcəklər? – Bir baxın. Gizlənir. Onlar müəllimlər haqqında hər şeyi bilirlər. Sən masa arxasında ya qorxduğun, ya da tənbəl olduğun üçün oturursan. Sən masadan divar kimi istifadə edirsən. Sən qalxmalı və ayaq üstdə durmalısan. Kişi ol. Elə birinci gün səhv eləsən, şagirdlər onu aylarla unutmayacaqlar.
Uşaqlar on altı yaşlılardır. On bir ildir ki, onlar məktəbdədirlər. Müəllimlər gəlir, müəllimlər gedir. Uşqalar isə seyr edir, oxuyur, nəticə çıxarırlar. Onlar bədən dilini, səsi, ümumi münasibəti və xarici görünüşü anlayırlar. Belə şeyləri onlar bir-biriləri ilə müzakirə etmirlər. On bir ildən sonra onlar sadəcə olaraq dərk edir, məlumatları növbəti qrupa ötürürlər.
Dərsə erkən gəlmək səhvdir. Daha nələrin baş verəcəyini düşünmək üçün vaxtın çox olur. Amrekalı yeniyetmələrlə üzləşə biləcəyim qədər cəsarətli olmağım ideyası haradan gəlmişdi mənə? Axmaqılq. Söhbət 1950-ci illərdən gedir və qəzetlər Amrekalı gənclərin bədbəxtlikləri haqqında xəbərlər verir. Onlar ümidsizdirlər. Onalr üçün həyatın mənası yoxdur. Bütün böyüklər nadürüstdürlər. Həyatın məqsədi nədir?
Onlar həyatlarından o qədər narazıdırlar ki, quldur dəstələrə qoşulur və digər quldur dəstələr ilə vuruşurlar. Biri öləndə də böyük ictimai qəzəb yaranır, məktəb və müəllimləri öz işlərini görməməkdə günahlandırırlar.
***
Peşə məktəblərini digər orta məktəblər üçün kifayət qədər zəkalı olmayan şagirdələr üçün yer kimi görürdülər. Onlara hörmət olunmurdu. Minlərlə gəncin mexanik, operator və ya elektrik olmaq istəyinin ictimaiyyət üçün heç bir əhəmiyyəti yox idi. O gənclər tarix, incəsənət, ədəbiyyat öyrənmək istəmirdilər.
Lakin uşaqlar belə hesab eirdilər ki, “Bir halda ki, biz bu cansıxıcı siniflərdə oturmalıyıq, dözəcəyik. Dörd il ərzində müəllimlərlə mehriban olmağa çalışacağıq, ondan sonra da azad olacağıq.”
Budur, gəlirlər. Qapı bərk səslə divara çırpılır. Onlar nə üçün otağa daxil olub “Sabahınız xeyir”, – deyib əyləşə bilmirlər? Mümkün deyil. Onlar qışqırmalı və bir-birilərini itələməlidirlər. Biri zarafat edirmiş kimi çılğıncasına – “Baxın” deyir, o birisi də onun səsinə cavab verir. Bir-birilərini təhqir edir, gecikdiklərinə məhəl qoymayaraq, tələsmədən əyləşirlər.
Baxın, yeni müəllim gəlib, yeni müəllimlər heç nə bilmirlər. Demək belə? Zəng? Müəllim? Yeni oğlan? Kimdir o? Kimin nəyinə lazım?
Şagirdlər otağın o başından bu başına bir-biriləri ilə danışır, onlar üçün çox kiçik olan partalarda tənbəl-tənbəl əyləşir, ayaqlarını uzadır, ilişib yıxılanlara da gülürlər. Pəncərədən, yaxud başımdan boylanıb Amerika bayrağına baxırlar. Bıçaq ilə partaların üstündə atalarının çox illər əvvəl yazmış olduqları adlarının yanında öz adlarını yazırlar. Cütlüklər yanaşı oturub əllərini tutur, pıçıldaşır, məhəbbətlə bir-birinin gözlərinə baxırlar. Arxada üç oğlan stullarını şkaflara dəyənəcən arxaya əyir və yeniyetmə ikən aşiq olduqlarını aləmə söyləyərək pop mahnları oxuyurlar.
Gündə beş dəfə sinif otağına soxulurlar. Beş dərs, hər sinifdə otuz-otuz beş nəfər. Yeniyetmələr? İrlandiyada biz onları Amerika filmlərində görmüşdük – qəzəbli, heç vaxt gülümsəməyən, maşınlarda veyillənənlər – və onların niyəbelə qəzəbli və təbəssümsüz olmaları bizim üçün maraqlı idi. Yeməkləri, geyimləri vardı, buna baxmayaraq vlideynlərinə qarşı kobud davranırdılar. İrlandiya da belə yeniyetmələr yox idi, mənim aləmimdə yox idi. Orada sən uşaq idin. On dörd yaşına qədər məktəbə gedirdin. Valideynlərinə qarşı nəzakətli olmasaydın kəmər ilə sifətinə vururdular. Sən böyüyürdün, iş tapırdın, ailə qururdun, cümə günü axşam pivəni içirdin, həyat yoldaşını uşaqlarla məşğul edirdin. Bir neçə ildən sonra inşaatçı olmaq və ya orduya qoşulmaq üçün İngiltərəyə gedirdin.
Sandviç məsələsi Piiti adlı oğlanın sinifdən – “Sandviçistəyən varmı?” – deyə soruşduqdan sonra baş verdi.
Əndi adlı oğlan, – Zarafat edirsən? – deyə güldü. – Belə soyutma ət ilə sandviçlər verən anan yəqin ki, sənə nifrtət edir.
Piiti qəhvəyi rəngli kağız cantasını Əndinin üstünə tulladı və alqışlar sinfi doldurdu. Çanta yazı taxtası ilə Əndinin partasının arasına düşdü.
Mən stolumun arxasından qalxıb sinifdə müəllim kimi ilk dəfə səsimi qaldırdım: – Bura baxın!
Onlar heç məni saymadılar. Piitiyə yanaşıb ilk dəfə müəllim kimi əmr etdim: – Bəsdir sandvicləri tullamağın.
Piiti və sinif sarsılmış kimi göründü. Bu müəllim, bu yeni müəllim, dərhal yaxşı bir dalaşmanı saxladı. Yeni müəllimlər ya başqa cür görünməli, ya da direktoru çağrıtdırmalıdırlar.
Benni sinfin arxasından qışqırdı: – Bura baxin, müəllim, o, artıq sandviçi tullayıb da.
Sinif güldü, Oğlanlardan biri ağzını tutub dedi: – Axmaq, – bildim ki, o, mənim haqqımda danışır. İstədim onu oturacağından götürüb tullayım, lakin bu, karyeramın sonu ola bilərdi. Həm də o, çox böyük idi.
Sinif gözləyirdi. Bu yeni müəllim nə edəcəkdi?
Axı, Nyu York Universitetində professorlar uçan sandviçlərlə necə rəftar etməyi heç vaxt öyrətməyiblər. Görəsən, – “Hey, Piiti, bura gəl, bu sandvici götür”, – deyim? Yoxsa özüm götürüb zibil qabına atım? Onlar mənim kim olduğumu anlamalı idilər. Mən güclü idim. Bu cür hərəkətləri qəbul etmək istəmirdim. Sandviçi götürdüm, paketdən çıxarıb yeməyə başladım. Bu, sinfi idarə etmək işində ilk təcrübəm idi. Otuz dörd oğlan və qız sarsıdıcı sükut içərisində gözlərini mənə zilləmişdilər. Mən onların gözlərində bir heyranlıq görürdüm. Əvvəllər onlar heç vaxt yerdən götürüb sandvic yeyən müəllim görməmişdilər. Sandviç adam.
Sandviçi yeyib, kağız çantanı da top kimi yumrulayıb zibil qabına tulladım. Sinif alqışladı: – Vay,vay, Gördünüz? O, sandviçi yeyir. Zibil qabını da sərrast vurur. Vay,vay.
Mən özümü sinfə tam hakim hiss etdim. Səhv edə bilməzdim. Əla, bir şey vardı ki, sonra nə edəcəyimi bilədim. Mən buraya ingilis dilindən dərs deməyə gəlmişdim, sandviç məsələsindən sözlərin yazılışına və qrammatikaya necə keçəcəyimi düşündüm.
Şagirdlərim qapının pəncərəsindən direktorun üzü görünənə qədər gülümsədilər. O, qapını açıb dedi: – Bir söz demək olar, Cənab MakKurt?
Piiti pıçıldadı: – Cənab, sandviç barəsində narahat olmayın.
Bütün sinif: – Bəli, bəli, – deyə direktorla bir problem olacağı təqdirdə məni müdafiə edəcəklərini göstərdilər.
Direktor sinif otağından bayırda dedi: – Əminəm ki, sizə aydındır, Cənab MakKurt. Müəllimlər səhər saat doqquzda sinif otağında bu oğlanlar və qızların qarşısında yemək yeməməlidirlər, səhv başa düşərlər. Bütün müəllimlər yeməklərini, xüsusilə də səhər, sinifdə yeməyə başlasalar, nə baş verərdi? Şagirdlərin sinifdə yeməklərinin qarşısını almaqda kifayət qədər çətinilklərimiz vardır.
Sandviçi yeməyim haqqında ona həqiqəti və vəziyyətdən necə məharətlə çıxdığımı demək istədim. Demək istədim ki, o mənim sandviçim deyildi. Desəydim, müəllimlik karyeramın sonu olacaqdı. Ona görə də heç nə demədim.
Direktor mənə kömək etmək üçün gəlibmiş, bəh, bəh, köməyə ehtiyacım olubmuş.
O, dedi: – Görürəm, siz onların tam diqqətinəhakimsiniz, ancaq bunu başqa bir yol ilə edə bilərsiniz. Dərs deməyə çalışın. Siz burda onun üçünsünüz, cavan oğlan. Dərs deyin. Vəssəlam. Yadda saxlayın, müəllim və şagirdlərə sinifdə yemək qadağandır.
Mən, – Baş üstünə, cənab, – dedim, o, əlini yeləyərək mənə sinif otağına dönmək işarəsini verdi.
Sinif soruşdu: – O, nə dedi?
– O, dedi ki, səhər saat doqquzda sinif otağında yemək yeməməliydim.
– Bu, ədalətsizlikdir. Siz yemək yemirdiniz.
Piiti dedi: – Anama deyəcəyəm ki, bişirdiyin sandviç müəllimin xoşuna gəldi.
– Yaxşı, Piiti, ancaq demə ki, sən onu tullamışdın.
– Yox, yox. O, məni öldürər. O, Siciliyadandır. Siciliyada belə şeylər adamları qıcıqlandırır.
– Deyərsən ki, müəllimimiz dedi ki, o sandviç ömrümdə yediyim ən dadlı sandviç idi.
– Oldu.
İngiliscədən çevirdi:Rahib (Alpanlı) Sədullayev,ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi