“Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” adlı konfrans keçirilib

01.07.2025
“Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” adlı konfrans keçirilib

30-31 may 2025-ci il tarixlərində onlayn formada AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Coğrafiya Cəmiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İlinə həsr olunmuş “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” adlı bakalavr və magistrantların respublika elmi konfransı keçirilib. Konfransın moderatorluğunu Filologiya kafedrasının baş müəllimi Sərxan Cəfərov edib.

Qeyd edək 10-dan yuxarı mövzu üzrə konfransa 50-ə yaxın gənc tədqiqatçı qoşulub. Konfrans iştirakçıları səmərəli elmi təqdimatlarla, aktiv iştirak edib və maraqlı müzakirələr yaranıb.
Sonda bütün iştirakçılata sertifikatlar təqdim edilib.
Konfransın Təşkilat Komitəsi tərəfindən filialın Filologiya kafedrasının dosenti, baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Gülşən Ağabəyin məruzəsi “Ən yaxşı məqalə” nominasiyası üzrə Diploma layiq görülüb.

Konfransın əsas məqsədi — ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənc tədqiqatçılar arasında elmi dialoqu təşviq etmək, onların tədqiqat bacarıqlarını dəstəkləmək və ümumi elmi fikir mübadiləsini gücləndirməkdir. Bu, yalnız bir təqdimat imkanı deyil, həm də regionlarımızda elmə marağın artırılması, gələcəkdə müstəqil və sosial məsuliyyətli tədqiqatçıların yetişməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?