Bu gün Azərbaycan təhsilinin görkəmli simalarından biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun doğum günüdür!
Cəfər müəllimin ömür yolu elmə, maarifə və dövlətçiliyə xidmətin parlaq nümunəsidir. Bir alim kimi Azərbaycan tarix elminə verdiyi töhfələr nə qədər qiymətlidirsə, bir rəhbər kimi kollektivin qəlbində qazandığı sevgi və ehtiram da bir o qədər ucadır. O, şüurlu həyatını müasir təhsil modelinin qurulmasına, ləyaqətli kadrların yetişdirilməsinə və universitet mühitinin saflaşdırılmasına həsr etmiş müdrik bir ziyalıdır.
Xalq şairi Səməd Vurğunun səadət haqqındakı fikirləri sanki Cəfər müəllimin həyat fəlsəfəsini əks etdirir:
“Bu dünyada ən böyük nemət insanlıqdır… Bir də dünyada bir yaxşılıq qalacaq. Əsl səadət budur.”
Professor Cəfər Cəfərov da məhz bu amalla yaşayır; gənc kadrlara dayaq olur, tələbələrin işıqlı gələcəyi üçün yol açır, hər bir əməkdaşın qayğısına doğma münasibət bəsləyir.
Onun qətiyyətli iradəsi və uzaqgörən islahatları sayəsində ölkəmizin qocaman təhsil ocağı olan ADPU qısa müddətdə həm məzmun, həm də forma baxımından intibah dövrünü yaşadı. Bu gün Universitetdə və onun filiallarında hökm sürən şəffaf mühit, sağlam rəqabət və innovativ yanaşmalar Cəfər müəllimin idarəçilik məharətinin bəhrəsidir.
Doğum günüünüz mübarək, böyük qəlbli insan.
Çox yaşayın, Cəfər müəllim.
