ADPU-nun Quba filialı və Özbəkistan Respublikası Fərqanə Regional Pedaqoji Bacarıq Mərkəzinin birgə təşkilatçılığı əsasında Quba məktəblərini təmsil edən bir qrup pedaqoqa “Təhsildə interaktiv metodlardan istifadə” mövzusunda təlim keçirilib.
Fərqanə Regional Pedaqoji Bacarıq Mərkəzinin “Dillərin tədrisi metodikası” kafedrasının dosenti Umidaxon Nasirova, Fərqanə Regional Pedaqoji Bacarıq Mərkəzinin “Pedaqogika və psixologiya, təhsil texnologiyaları” kafedrasının dosenti Feruza Xamalova, və Fərqanə Regional Pedaqoji Bacarıq Mərkəzinin “Tətbiqi elmlər və informasiya texnologiyaları” kafedrasının baş müəllimi Guzalxon Erqasheva tərəfindən ortaq şəraitdə aparılıb.
Mövzu ətrafında öz ölkələrindəki təhsil yeniliklərini bölüşən təcrübəli özbək pedaqoqlar Azərbaycan tərəfi ilə təhsil sahəsindəki əməkdaşlığın real inkişafından məmnun olduqlarını ifadə ediblər.
Təlim görə müəllimlərə təşkilatçı qurumların birgə sertifikatları veriləcək.








