Quba filialınınn tələbələri Şəki şəhərində Bəxtiyar Vahabzadənin xatirə muzeyini ziyarət ediblər

19.11.2025
Quba filialınınn tələbələri Şəki şəhərində Bəxtiyar Vahabzadənin xatirə muzeyini ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi filialda da müxtəlif tədbirlərlə qeyd edilir. Filialın direktoru professor Yusif Alıyevin əmrilə təsdiq edilmiş Tədbirlər Planının icrasına uyğun olaraq filialın Tələbə Gənclər Təşkilatının Turizm Klubunun və Ədəbiyyat Klubunun təşkilatçılığı ilə filialın 24 nəfər tələbəsi 15 noyabr 2025-ci il tarixində Şəki şəhərində Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadəyə həsr olunmuş xatirə muzeyini ziyarət ediblər. Səfər zamanı filialın Turizm Klubun sədri Hacı Hüseynov iştirakçı tələbələrə Şəki şəhərinin müxtəlif görməli yerləri haqqında məlumat verib, qeyd edib ki, hazırda ziyarət etdikləri Muzey Azərbaycan şairi Bəxtiyar Vahabzadə irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?