07 may 2026-cı il tarixində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşlarından ibarət komandalar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol idman növü üzrə turnirin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində öncə Dövlət Himni səsləndirilimiş, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aynur Yəhyayeva və digər idarə, müəssisə və təşkilatların rəhbər şəxləri çıxışlar edərək iştirakçılara uğurlar arzulamışlar. Daha sonra oyunlara start verilmişdir.
Yarışların açılış mərasimindən sonra komandalar mübarizəyə qoşulublar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını təmsil edən “Ümid” adlı komandamız ilk yarış günündə iki oyun keçirmiş və hər iki oyunda inamlı qələbə qazanmışdır. Əvvəlcə rayon Mədəniyyət İdarəsinin futbol komandasının qapısından beş cavabsız top keçirən komandamız ikinci oyunda Quba Rayon Polis şöbəsinin əməkdaşlarından ibarət komandasını olduqca gərgin keçən mübarizədə 6:5 hesabı ilə məğlubiyyətə uğratmışlar. Komandamızın üzvələrini və filial əməkdaşlarını bu qələbələr münasibətilə təbrik edir və növbəti oyunlarda uğurlar arzulayırıq.



