Quba filialının Tarix və coğrafiya müəllimliyi ixtisasının məzunları ilə görüş keçirilib

01.12.2025
Quba filialının Tarix və coğrafiya müəllimliyi ixtisasının məzunları ilə görüş keçirilib

29 noyabr 2025-ci il tarixində ADPU-nun Quba filialında “Tarix və coğrafiya müəllimliyi”ixtisasının 407,408,413,414,415, 416,417 qrup məzunları ilə görüş keçirilib.
Görüşdə filialın direktoru, professor Yusif Alıyev, Fakültə dekanı v.m.i.e Nübar Bayramova, Tələbə,məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev, şöbənin baş mütəxəssisi Səadət Baxışova, Riyaziyyat müəllimliyi ixtisasının akademik məsləhətçisi Günel Məlikova iştirak ediblər.
Görüş olduqca səmimi formatda keçib. Professor Yusif Alıyev gənclərin sosial qayğıları ilə maraqlanıb, onlarla bir rəhbər kimi deyil, səmimi bir dost kimi davranaraq “ Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir.” deyə qeyd edib.
Qeyd edək ki, görüşün təşkilatçısı Tələbə,məzun və karyera şöbəsinin baş mütəxəssisi Səadət Baxışova olub.
Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?