Quba filialının tələbələri Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində olub

31.10.2022
Quba filialının tələbələri Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində olub
28 oktyabr tarixində filialın direktor köməkçisi Mürvət Əliyevin rəhbərliyi ilə “Tarix müəllimliyi” ixtisasının I tədris ili tələbələri Xaçmaz Tarix Diyarşünaslıq Muzeyini ziyarət edib,muzeylə tanış olublar.
Ziyarət zamanı filialın Keyfiyyətin təminatı şöbəsinin baş mütəxəssisi Lalə Beydullayeva da iştirak edib.
Xaçmaz Tarix Diyarşunaslıq muzeyi 27 sentyabr 1981-ci il tarixində fəaliyyətə başlamışdır. 19 iyul 2013-cu il tarixindən muzey yeni binada fəaliyyət göstərir. Muzeyin binası öz arxitekturası ilə nəinki şimal zonada, eyni zamanda bütün ölkədə fərqlənir və tanınır. Muzeyin binasının “Şəxsiyyətlər park”-ının içərisində yerləşməsi “muzey içində muzey” adlandırılan gözəl və maraqlı vəhdət təşkil edən kompleks yaratmışdır.
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin “ Xalça muzeyi” və “ Döyüş Şöhrəti” muzeyi adda 2 filialıda fəaliyyət göstərir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?