Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun regional mərhələsi keçirilib.
21 sentyabr 2026-cı il tarixində saat 15:00-da baş tutan bu gərgin və maraqlı intellektual yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının istedadlı tələbələrindən ibarət komandalar I və III yerlər uğrunda böyük uğura imza ataraq qalib olub, respublika çempionatına vəsiqə qazanıblar. Qalib komandaların üzvləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova tərəfindən təltif ediliblər.
Tələbələrimizin qazandığı bu parlaq qələbə bizi dərinən sevindirir. Onları ürəkdən təbrik edir, gələcək bilik və elm yollarında yeni-yeni zirvələr, uğurlar arzulayırıq!






