Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının tələbələri 4 oktyabr 2026-cı il tarixində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Təhsildə Zirvə Forumu – 2026”da uğurla təmsil olunublar. Gənclərin İnkişaf və Karyera Mərkəzi və “EDU LINE” Peşəkar Təlim Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Heydər Əliyev Mərkəzində baş tutan forumda təhsil, inklüziv yanaşma, psixoloji rifah, müəllimlərin ünsiyyət bacarıqları və müasir təhsil mühitində fərdi inkişaf kimi aktual mövzular müzakirə olunub, tədbirin sonunda iştirakçı tələbələrə sertifikatlar təqdim edilib. Tələbələrimizin bu cür maarifləndirici və peşəkar tədbirlərdə fəal iştirakına göstərilən diqqət və dəstəyə görə ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevə və universitetin müəllimi, klinik psixoloq Mənsur Xaspoladova təşkilatçılar tərəfindən xüsusi təşəkkürnamələr təqdim olunmuşdur. Forumda filialın “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələri: Ağakişiyeva Maral Etibar qızı, Rəsulova Aysel Elşən qızı, Rəsulova Aytən Firuz qızı, Bayeva Yeganə Aşur qızı, Eldarova Nuranə Eldar qızı, Qonaqova Sevinc Natiq qızı, Vəlimətova Aysel Zaur qızı, Həşimova Zeynəb Valeh qızı, Məmmədova Zülfiyyə Ənvər qızı, Şükürova Aygül Həmid qızı, “İbtidai sinif müəllimliyi” ixtisasının tələbəsi: Əliyeva Nuray Əli qızı, “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) ixtisasının tələbələri:
Kazımova Səbinə Aydın qızı, Nəzirova Mehriban Bəhram qızı iştirak etmişlər.
Gələcəyin pedaqoqlarının belə elmi-maarifləndirici platformalarda iştirakı onların peşəkar bilik və bacarıqlarının, eləcə də dünyagörüşünün inkişafına mühüm töhfə verir. Tələbələrimizi təbrik edir, gələcək təhsil və peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!







