Quba filialının tələbələri layihənin qalibi olub

29.07.2026
Quba filialının tələbələri layihənin qalibi olub

Azercell -in dəstəyi ilə həyata keçirilən təşəbbüs regionda qadınların innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına töhfə verib.

Quba və ətraf regionlarda yaşayan gənc qadınların innovasiya və sahibkarlıq sahəsində potensialının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və startap ekosistemində iştirakının təşviqinə yönəlmiş “StartHer Quba” layihəsi başa çatıb. Layihə @İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən Azercell-in dəstəyi ilə həyata keçirilib.

Təşəbbüs çərçivəsində ilkin seçim mərhələsini uğurla keçən komandalar arasında 5 komanda finala çıxmışdır.

Təlim proqramını uğurla tamamlayan bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Proqramın yekununda iştirakçılar hazırladıqları ideyaları münsiflər heyətinə təqdim ediblər.

Layihələr təhsil, səhiyyə, turizm, əmlak və kənd təsərrüfatı kimi müxtəlif istiqamətləri əhatə edib

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin qalibləri pul mükafatları ilə təltif

olunub.Qalib olan və mükafat əldə edən komandaların üzvləri ADPU-nun Quba filialının tələbə xanımlarından ibarət olub.

Qeyd edək ki, “StartHer Quba” layihəsi Azercell-in qadınların ictimai və iqtisadi həyatda fəallığının

artırılmasına yönəlmiş “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” sosial layihə

müsabiqəsinin üç qalib layihəsindən biridir

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?