Quba filialının tələbələri Bakıda intellektual oyunun final mərhələsində iştirak ediblər

19.11.2025
Quba filialının tələbələri Bakıda intellektual oyunun final mərhələsində iştirak ediblər

Noyabrın 14-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə dəstəyi ilə keçirilən “GİNius 86.600 – Fibonacci intellektual-əyləncəli oyunu”nun ikinci yarımfinal mərhələsi baş tutub.

Azerbaycan İdman Akademiyasının akt zalında keçirilən yarımfinal mərhələsində ölkənin 40 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib.

Yarımfinal mərhələsində ADPU-nun Quba filialının tələbələrindən ibarət “MÜBARİZ” komandası da fəal şəkildə iştirak edib. Komandanın tərkibində filialın tələbələri- Jalə Əzizova Çingiz qızı, Mətanət Mustafayeva Xıdır qızı, Ceyran Sultanova Ceyhun qızı, Nəzrin Kərimova Vüqar qızı, Səda Abdulbağıyeva Mübariz qızı iştirak edib.

Komandamız 40 komanda arasında uğurla mübarizə apararaq ilk 16-liyə yüksəlib və mötəbər intellektual yarışda öz bilik və hazırlığı ilə seçilən iştirakçılardan olub. Bu nəticə tələbələrimizin intellektual potensialını və komanda ruhunu bir daha nümayiş etdirib.

Tələbələrimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?