ADPU-nun Quba filialında mütəmadi intellektual oyunlar keçirilir.
Filialın ALFA İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə “Bir tarix, Bir zəka, Bir Zəfər” adlı intellektual yarış keçirilmiş, qalib komandaların üzvləri Filialın direktoru professor Yusif Alıyev tərəfindən Fəxri diplomlara layiq görülmüşdür.
Keçirilən oyunlar sırasında həm də Xəzər İntellektual Gənclər klubunun sədrliyi və YURD Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudovun dəstəyi ilə universitetlər arası bilik kuboku yarışları keçirilir, yarışlar adətən 2 turdan ibarət olur, sonda 2 turun yekun nəticələrinə əsasən Bakı şəhərində keçiriləcək final yarışlarına qalib komandalar vəsiqə əldə edir.
Qeyd edək ki, filialın direktor müavini p.f.d A. Şeydayevanın, fakültə dekanı N. Bayramovanın, dekan müavini t.f.d M.Əliyevin, THİK sədri A.Şıxbabayevanın, TGT sədri N.Ömərovun və xüsusilə də ALFA İOK Sədri Gülyanaq Əhmədovanın təşkilatçılığı ilə hər həftənin şənbə günləri filialın tələbələri müxtəlif intellektual oyunlara fəal şəkildə cəlb edilir.
Uğurlarınız bol olsun əziz gənclər!








