Quba filialının “İDEYA” adlı komandası intellektual yarışda iştirak edib

08.05.2026
Quba filialının “İDEYA” adlı komandası intellektual yarışda iştirak edib

Quba rayonunda “Heydər Əliyev-103” kuboku uğrunda “Breyn rinq” intellektual oyunu üzrə turnir keçirilib.

06 may 2026-cı il tarixində Quba Rayon İcra Hakimiyyəti, YAP Quba rayon Təşkilatı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Quba rayon Komitəsi və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə, Ümummmilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev-103” kuboku uğrunda Quba rayon idarə və müəssisələrinin əməkdaşları arasında “Breyn rinq” intellektual oyunu üzrə turnir keçirilmişdir.

Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilimiş, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, YAP Quba rayon Təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aynur Yəhyayeva, Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova çıxış edərək, turnir iştirakçılarını salamlamış, onlara uğurlar arzulamışlar. Natiqlər Ümummili Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətindən söz açaraq, belə tədbirlərin əməkdaşlar arasında milli dövlətçilik dəyərlərinə bağlılığı artırmaq və komanda ruhunun gücləndirilməsində əhəmiyyətini vurğulamışlar.

Turnirdə idarə və müəssisələrdən 10 komanda iştirak etmişdir.

Gərgin mübariz şəraitində keçən turnirin nəticələrinə görə:

I yer – Quba Dövlət Sosial İqtisadi Kollecinin

II yer – Quba Asan Xidmətin

III yer – Quba Rayon İcra Hakimiyyətinin komandaları layiq görülmüşdür.

Qalib gələn komandalar təşkilatçılar tərəfindən kubok, diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Sonda iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?