Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib. Elmi Şuranın katibi Sevinc Babaşova çıxış edərək üzvlərin yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi. Sonra sədr, professor Yusif Alıyev artıq ənənə halını almış ötən Elmi Şuradan növbəti Elmi Şuraya kimi olan uğurlu işləri sadaladı, əldə edilən bütün nailiyyətlərə görə kollektivi təbrik etdi. Sədr Elmi Şuranın gündəliyi ilə iclas iştirakçılarını tanış etdi. Gündəlikdə duran 1-ci məsələ “Humanitar və təbiət elmləri fakültəsinin fəaliyyəti haqqında” məsələ ilə bağlı fakultənin müdiri v.m.i.e Nübar Bayramova geniş hesabatla çıxış etdi. Gündəlikdə duran 2-ci məsələ “Tələbə, məzunlarla iş və karyera şöbəsinin fəaliyyəti haqqında” məsələ ilə bağlı şöbənin müdiri Hikmət Musayev hərtərəfli məlumat verdi. Elmi Şura üzvlərinin suallarını cavablandırdıqdan sonra məsələlər səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Sonra cari məsələlərdə filialda professor-müəlim heyətinin 2025-ci il üzrə reyting qiymətləndirilməsinin hesabatı, “Aqronomluq” ixtisasında tədris olunacaq fənlər üzrə proqramların hazırlanması üçün İşçi qrupun yaradılması barədə, Yaranmış əlverişsiz hava şəraiti və nəqliyyat çətinlikləri ilə əlaqədar tələbələrin dərsə davamiyyətinin qiymətləndirilməsi barədə və Humanitar elmlər kafedrasının baş müəllimi t.ü.f.d.M.C.Əliyevin hazırladığı “Şeyxəli xan” adlı monoqrafiyasının və baş müəllim K.S.Kamalovun hazırladığı “Sosial işdə idarəetmə”, “Azərbaycanda sosial yardım sistemi”, “Zərərli vərdişlərin aludəçiləri ilə social iş” adlı fənn proqramlarının müzakirəsi barədə məlumatlar təqdim olundu. Dinlənilmiş hesabatlar ətrafında müzakirələr aparıldı və müzakirə edilmiş məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.
Sonda qarşıda duran vəzifə və öhdəliklər bir daha diqqətə çatdırıldı, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqəli təklif və tələblər dinlənildi.











