Quba filialının direktoru “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən Filial əməkdaşları ilə görüşüb

08.05.2024
Quba filialının direktoru “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən Filial əməkdaşları ilə görüşüb

3 may 2024-cü il tarixində ADPU-nun Quba filialında “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışına həsr edilmiş elmi-praktik konfransda Filialın elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş bir qrup əməkdaşı- direktor dos. Yusif Alıyev, əməkdaşlar, Mələk Bağırova, Səmimə Müzəffərova, Mahirə Malıyeva, Eyvaz Şeydayev, Güləddin Həmzəyev, Filialın TSP ixtisasının məzunu və hazırda Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər. Həmin yubiley medalları əməkdaşlara akademik İsa Həbibbəyli və professor Mahirə xanım Nağıqızı tərəfindən təqdim edilib.

6 may 2024-cü il tarixində Quba filialının direktoru dosent Yusif Alıyev “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”ndə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən əməkdaşlarla görüşüb, onları bir daha təbrik edib. Direktor “Quba filialında son dövrdə yaşanan möhtəşəm hadisələr 4 il 8 ay əvvəl ilk dəfə fəaliyyətə başladığım anda sizlərlə birlikdə inanaraq atdığımız addımların nəticəsidir. Mən şəxsən Filialda “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abdulqappor Qırğızbayevin, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın, professor Erkin Nuriddinovun, prof.Anar Nağıyevin, Millət vəkili Ceyhun Məmmədovun iştirakını elmimizə verilən dəyər kimi yüksək görürəm. Bizim gördüyümüz işlər haqqında əgər elm camiəsinin nəhəngləri fikir bildirirsə deməli düz yoldayıq. Olduqca da sevinirəm ki, hörmətli rektorumuz Cəfər Cəfərovun təqdimatı və elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bizlərə etimad göstərilən yubiley medallarını belə şəxsiyyətlərin birbaşa iştirakı ilə aldıq. Bu bizlər üçün yeni və daha böyük məsuliyyət deməkdir. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi münasibətilə 14 dekabr 2021-ci ildə təsis edilmişdir. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Qanunun tətbiqi isə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2021-ci il tarixli 1530 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. Bu bizlər üçün pedaqoji kadr hazırlığında xüsusi yeri olan ADPU-nun tarixinin bir parçası olmaq deməkdir ” deyə yaşanan hadisədən olduqca qürur duyduğunu dilə gətirib, bildirib ki, həmin gün çox həyəcanlı olsa da ən kiçik detala kimi xatırlayır. Dosent Yusif Alıyev bundan sonra da filial kollektivi ilə Azərbaycan elminin və təhsilinin inkişafı üçün əlindən gələni edəcəklərini bildirib. Direktorun ardınca çıxış edən əməkdaşlar da onlara göstərilən bu etimada görə təşəkkür edib, və həmçinin qeyd ediblər ki, medalların təqdimatında direktor tərəfindən vurğulanan və onların Filial tarixində yüksək dəyərləndirilən əməli fəaliyyətlərini ön plana çəkən bir neçə məqamın xatırladılması illərdir çəkdikləri zəhmətin hədər getmədiyini, istər dövlət səviyyəsində, istərsə də universitet rəhbərliyi səviyyəsində diqqətə alındığının əyani sübutudur. Bu qürurlu anı onlara yaşatdıqları üçün filialın direktoru dosent Yusif Alıyevə ürəkdən təşəkkür edib, sevinc göz yaşlarını saxlamaqda çətinlik çəkdiklərini dilə gətiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

I. Yusif İmrayıl oğlu Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olub.

1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir.

2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavraturasını “fiziki elektronika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin magistraturasını “optoelektronika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Akdemik H.M. Abdullayev adına Fizika İnstitutunun “Quruluş və quruluş çevrilmələri” laboratoriyasında kiçik elmi işçi kimi başlamış, 2019-cu ilədək elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Eyni zamanda 2011-2013-cü illərdə AMEA-nın Fizika İnstitutunun mətbuat xidmətinin rəhbəri olmuşdur.

2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan baş leytenantdır.

2004-2008-ci illərdə AMEA-nın Fizika İnstitutunun dissertanturasını oxuyub.

25 noyabr 2009-cu ildə AMEA-nın Fizika İnstitutunda “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə “Bəzi mis və gümüş halkogenidlərində kation və anionların qismən əvəz edilməsinin polimorf çevrilmə mexanizminə təsiri” mövzusunda dissertasiya işi müdafiə edərək 22 iyun 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

1 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilmişdir.

14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləmişdir.

15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri (ictimai əsaslarla) və baş mütəxəssis vəzifələrində işləmişdir.

20 fevral 2017-ci ildən 10 sentyabr 2017-ci ilədək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru (eyni zamanda 6 saylı Bakı Peşə Məktəbinin direktoru) vəzifəsində işləmişdir.

15 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət Pedagoji Unversitetinin Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

03 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Pedagoji Unversitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

27 avqust 2019-ci il tarixində Azərbaycan Dövlət Pedagoji Unversitetinin Quba filialına direktor vəzifəsinə təyin olunub.

2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2017-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Şurasının üzvü seçilmişdir.

2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Elm Fondunun təsis etdiyi “Akademik H.M. Abdullayev adına mükafat Diplomu” ilə təltif olunmuşdur.

2010-cu ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu tərəfindən Jurnalist yazı müsabiqəsinin qalibi olduğuna görə “Diplom” mükafatla təltif olunmuşdur.

2011-ci ildə İsveçrənin “The World Federation of Scientists” elmi mərkəzinin gənc alimlər üçün dəstək Fondunun təqaüdünü qazanmışdır.

2013-cü ildə Səməd Vurğun Fondu tərəfindən “Səməd Vurğun mükafatı” ilə təltif olunmuşdur.

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olmuşdur.

2009-2020-ci illərdə Dövlət İmtahan Mərkəzi ilə (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) əməkdaşlıq etmişdir.

“Jomard Publishing” nəşriyyatının “Advanced Physical Research” (ISSN 2663-8436) jurnalının redaksiya heyətinin üzvüdür.

BEYNƏLXALQ KONFRANS VƏ SİMPOZİUMLARDA İŞTİRAKI:

25-29 avqust 2008 International Conference on Superconductivity and Magnetism (ICSM-2008), Side-Antalya, Turkey

6-10 dakabr 2010 XIV Национальная конференция по росту кристаллов (НКРК-2010), Институт Курчатовская, Москва, Россия

12-15 may 2011 Advances in Applied Physics and Materials Science (APMAS 2011), Antalya-Kemer, Turkey

29 aprel – 4 may 2012 “3rd International Conference on Superconductivity and Magnetism – ICSM-2012”, İstanbul, Turkey

11–16 mart 2013 XLVII Школа ФГБУ «ПИЯФ» По физике конденсированного состояния ФКС–2013, Санкт-Петербург, Россия

28 oktyabr– 01 nayabr 2013 Международная молодежная научная школа “Современная нейтронография”, Россия, Дубна

14-15 nayabr 2013 Международная конференция, посвященная 70-летию Физико-технического Института Академия Наук Республики Узбекистан Физико-Технический Институт НПО “Физика-Солнце” “Фундаментальные и прикладные вопросы физики”, Узбекистан, Ташкент

14-19 mart 2016 50-я Школа ФГБУ «ПИЯФ» По физике конденсированного состояния ФКС–2016, Россия, Санкт-Петербург

26-27 iyul 2018 7th Rostocker International Conference: “Thermophysical Properties for Technical Thermodynamics” (THERMAM 2018) Institute of Technical Thermodynamics University of Rostock, Rostock, Germany

23-27 august 2019

The 1st international summer academy, “Improving the efficiency of the university education system and scientific research in the framework of the interaction of national educational systems in the cis countries”, Chisinau, Republik of Moldova

61 elmi məqalə (31 məqalə SCI jurnallarda) və tezisin müəllifidir.

Nüfuzlu beynəlxalq elmi jurnallarda çap olunan məqalələr:

The behavior of thermodynamic kinetic on Bi2Se3 compound by 131Xe ion implantation 2020 https://www.worldscientific.com/…/10…/S0217984920504175

High-temperature X-ray diffraction study of Ag2S-Cu2S system 2020 https://www.worldscientific.com/…/10…/S0217984921500184

Study on the Thermodynamic Behavior of Sb-Te Binary Systems with Swift Heavy- Ions Irradiation at the High Temperatures 2020 https://link.springer.com/article/10.3938/jkps.77.240

Structural and thermal properties of Cu1.75−xMxTe crystals 2020 https://www.worldscientific.com/…/10…/S0217979220501805

Effect of the Se→Te substitutions on thermal properties of binary Bi2Se3 semiconductor 2020 https://www.worldscientific.com/…/10…/S0217984920501560

Structural aspects of thermal properties of AgCuS compound 2020 https://www.worldscientific.com/…/10…/S0217984920500669

Effect of high intense electron beam irradiation on structural and Raman properties of boron carbide micro powder 2020 https://www.worldscientific.com/…/10…/S0217979220500083

Behavior of thermal properties of AgCu1−xFexS compounds under non-isothermal conditions 2019 https://www.worldscientific.com/…/10…/S0217979219503399

Polymorphic transformations and thermal expansion of some modifications in Ag1.5Cu0.5Se and Ag0.4Cu1.6Se 2019 https://www.worldscientific.com/…/10…/S0217979219502710

Electron structure and density of states’ calculations of Ag2S and Ag2Se crystals from first-principle 2019 https://www.worldscientific.com/…/10…/S0217984919502427

Influence of partial substitution of Cu atoms by Zn and Cd atoms on polymorphic transformation in the Cu1.75Te crystal 2019 https://www.worldscientific.com/…/10…/S0217984919501288

Effect of gamma irradiation on microstructure of the layered Ge0.995Nd0.005S 2019 https://www.worldscientific.com/…/10…/S0217984919501045

Electronic structure and density of states in hexagonal BaMnO3 2018 https://www.worldscientific.com/…/10…/S0217984918501865

Rb1 – xCs x NO3 (x = 0.025, 0.05, 0.1) Single Crystals and Their High-Temperature X-Ray Study 2018 https://link.springer.com/article/10.1134/S106378261806009X

The structural and vibrational properties of ni-doped chalcopyrite CuFeS2 2018 https://chalcogen.ro/165_AliyevYI.pdf

Temperature-Induced structural phase transformations in Cu1.50Zn0.30Te and Cu1.75Cd0.05Te single crystals 2017 https://link.springer.com/article/10.1134/S1063774517040022

Influence of cation substitution on the polymorphic transformation in Ag2–х Cu х S (х = 0.45, 0.8, and 1.07) crystals 2017 https://link.springer.com/article/10.1134/S1063774517040046

Polymorphic transformations and thermal expansion in AgCuSe0.5(S,Te)0.5 crystals 2017 https://link.springer.com/article/10.1134/S1063782617060045

Structural phase transitions of polycrystalline Cu4SeTe 2015 https://link.springer.com/article/10.1134/S0020168515070018

Polymorphic transformations in Cu2Se, Ag2Se, AgCuSe and the role of partial cation-cation and anion-anion replacement in stabilizing their modifications 2015 https://link.springer.com/article/10.1134/S106377961503003X

Structural phase transitions and electrical properties of solid solution crystals Cu2Te0,75Se0,25 2013 https://www.osti.gov/etdeweb/biblio/22293804

Growth of Rb0.90Cs0.10NO3 crystals and their X-ray diffraction analysis 2012 https://link.springer.com/article/10.1134/S1063774512060077

Structure and Phase Transitions of Cu4Se1.5Te0.5 2011 https://aip.scitation.org/doi/abs/10.1063/1.3663166

Polymorphic transformation of Cu1.80Te crystals 2011 https://link.springer.com/article/10.1134/S0020168511030010

The structure and magnetic properties of Fe1.2In1.87Se4 single crystals 2009 https://iopscience.iop.org/…/1742-6596/153/1/012040/meta

X-ray diffraction study of compounds in the Ag2S-Cu2S system 2008 https://link.springer.com/article/10.1134/S0020168508050051

Effect of selenium or tellurium substitution for half of the sulfur atoms in AgCuS on its structure and the temperatures of its polymorphic transformations 2008 https://link.springer.com/article/10.1134/S0020168508040031

Ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin, lisey şagirdləri üçün 5 metodik vəsaitin həmmüəllifidir.

2011 “Mexanika və molekuyar fizika” // Dərs vəsaiti, Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 117 s.

2012 “Elektrik və optika” // Dərs vəsaiti, Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 278 s.

2014 “Atom və nüvə fizikası” // Dərs vəsaiti, Gəncə: “Gəncə Poliqrafiya” ASC nəşriyyatı, 194 s.

2014 “Mexanika” // Liseylər üçün metodik vəsait, Bakı: “Elm və təhsil” nəşriyyatı, 393 səh.

2014 “Технология модульных уроков” // Təbiət elmləri pedaqoqları üçün vəsait, Bakı: “Mutərcim” nəşriyyatı, 74 səh.

2015 “Optika və kvant fizikası” // Liseylər üçün metodik vəsait, Bakı: “Elm və təhsil” nəşriyyatı, 322 səh.

2015 “Molekulyar fizika” // Liseylər üçün metodik vəsait, Bakı: “Elm və təhsil” nəşriyyatı, 244 səh.

2015 “Elektrodinamika” // Liseylər üçün metodik vəsait, Bakı: “Elm və təhsil” nəşriyyatı, 432 səh.

2016 “Ümumi fizika kursu üzrə məsələlər (həlli ilə)” Dərs vəsaiti, Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 234 s.

2018-ci ildə AMEA-nın Fizika İnstitutunda “Kristalloqrafiya, kristallar fizikası” üzrə elmlər doktorluğu proqramı üzrə doktaranturaya daxil olmuş və hazırda dissertasiya işinin elmi-tədqiqat hissəsini yekunlaşdırmışdır.

Ailəlidir, 3 oğlu var

II. Bağırova Mələk Tofiq qızı 18 aprel 1972-ci ildə Quba şəhərində qulluqçu ailəsində anadan olub.

Təhsili:

1989-cü ildə Quba şəhəri 1 nömrəli tam orta məktəbini bitirmişdir.

1996-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialinin mədəni-maarif işi fakültəsinin pedaqoq -təşkilatçı ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir

Əmək fəaliyyəti:

1989-cu ildən 1991-ci ilə qədər Quba şəhər 1 nömrəli Konserv zavodunda fəhlə işləmişdir.

1991-1996-cı illərdə ali təhsil almışdır,1996-2000-ci illərdə ADMİU-nun Quba filialında müəllim, kafedra müdiri vəzifəsində işləmişdir.

2000-2004-cü illərdə Azərbaycan Müəllimlər İnsititutunun Quba filialında tədris işləri üzrə baş inspektor işləmişdir.

2005-2007-ci illərdə Quba filialında tədris işləri üzrə direktor müavini işləmişdir.

2007-ci ildən bu günə qədər ADPU-nun Quba filialında Tədris şöbəsinin müdiri, Ədəbiyyat və dillər kafedrasında müəllim işləyir

Elmi fəaliyyəti:

Bir fənn qroqramı,bir dərs vəsaiti, altı elmi məqalənin müəllifidir.

Beynəlxalq konfransda iştirakı:

Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş konfrans, 16 iyun 2021

2019-cu idən Yeni Azərbaycan Partiyasının üzvüyəm

Subaydır (həyat yoldaşı vəfat edib)-2 oğlu var

III. Müzəffərova Səlimə Kamal qızı 22 oktyabr 1954-cü ildə Quba rayonu Gültəpə kəndində anadan olub.

Təhsili:

1961- 1970-ci illərdə Quba rayonu Gültəpə kənd 8-illik məktəbini,1970-1972-ci illərdə Quba rayonu Tüləkəran kənd orta məktəbini bitirmişdir .

1973- cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş və 1977-ci ildə həmin institutu riyaziyyat ixtisası üzrə bitirmişdir

Əmək fəaliyyəti:

1977 – ci ildə təyinatla Quba rayon Gültəpə kənd məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır.

1984-cü ilə qədər həmin məktəbdə işləmiş,1984-cü ilin sentyabr ayından 1990-cı ilə qədər Quba şəhər İnternat məktəbində tərbiyəçi-müəllim işləmişdir.

1991- 2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında tədris ustası,baş laborant (ictimai əsaslarla dekan müavini və dekan) işləmişdir.

2001-ci ildən 2009-cu ilə qədər Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında baş laborant, saathesabı riyaziyyat müəllimi,kabinet müdirı, ixtisasartırma təhsili üzrə metodist ışləmişdir.

2009-cu ildən 2020- ci ilin sentyabr ayına qədər Pedaqoji təcrübə rəhbəri işləmiş,2020-ci ilin sentyabr ayından ADPU-nun Quba filialında 1 ştat riyaziyyat müəllimi işləyir.

Ailəlidir , 1 oğlu, 2 qızı var

IV. Malıyeva Mahirə İskəndər qızı 03.09.1967-ci ildə Quba şəhərində anadan olmuşam.

Təhsili

1974 – cü ildə Quba şəhərində indiki Hacıbaba Əliyev adına 1 saylı orta məktəbin 1–ci sinfinə daxil olub, 1984-cü ildə həmin məktəbi bitirmişəm.

1984-cü ildə Bakı Kooperativ Texnikumunun “Mühasibat uçotu” ixtisasına daxil olmuşam.1986-cı ildə həmin texnikumu bitirmişəm.

Əmək fəaliyyəti:

15.08.1990-cu ildə Quba şəhər Əlillər cəmiyyətində baş mühasib vəsifəsində işləmişəm.

01.12.1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında mühasib işləmişəm.

01.11.2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında mühasib işləmişəm.

08.09.2006-cı ildən hal-hazıra kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında baş mühasib işləyirəm. İşlədiyim müddətdə dəfələrlə fəxri fərmanlarla təltif olunmuşam.

Ailəliyəm, 1 oğlum var.

V. Güləddin Həmzəyev Əmri oğlu 1953-cü ildə Quba rayonunun Gədik kəndində qulluqçu ailəsində anadan olmuşam

Təhsili:

1970–ci ildə Dəvəçi rayonunun Gəndob kənd orta məktəbini bitirmişdir.

1975-ci ildə Azərbaycan Dövlət (indiki Bakı Dövlət) Universitetinin geoloji-coğrafiya fakültəsini bitirmişdir.

1975-1977-ci illərdə AzEA Geologiya İnstitutunda (indiki Milli Elmlər Akademiyası) mühəndis işləmişdir.

1977-1980-ci illərdə AzEA Geologiya İnstitutunda biogeokimya ixtisası üzrə əyani aspiranturada təhsil alıb, 1990-1994-cü illərdə isə Fəlsəfə və Hüquq institutunda idrak nəzəriyyəsi ixtisası üzrə dissertant olmuşdur.

Əmək fəaliyyəti:

1980-1996-ci illərdə AzEA –ın Geologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi

1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinın Quba filialında müəllim, baş müəllim

2000-ci ildən 2013- cü ilin sentyabr ayına kimi isə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında baş müəllim, dosent əvəzi , ictimai əsaslarla kafedra müdiri

2013-cü ilin sentyabr ayından indiyə kimi həmin filialda “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti:

1983-cü ildəbiogeo kimya ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək geologiya-minerologiyaelimləri namizədi elmi dərəcəsi verilmişdir.

1995-ci ildə idrak nəzəriyyəsi üzrə namizədlik disertassiyası müdafiə edərək fəlsəfə elimləri namizədi elmi dərəcəsi verilmişdir.

62 məqalə,tezis və 2 kitabı təhsil nazirliyinin qrifi ilə çap olunmuşdur.

1 Микроструктура раковин позднемеловых Ринхонеллид Малого Кавказа Вопросы палеопиогеохимии-1981

2 Изотопные температуры раннемеловых Бассейнов Восточного Азербайджана Геохимия №9,1982

3 Особенности распределения микроэлементов в раковинах некоторых позднемеловых и палеогеновых брахинопод Малого Кавказа. Мат.Научн.Конф.Посв. к 40-летию Ин-та Геол.Ан.АЗССР-1982

4 Новые данные присутствии датского яруса в междуречье Хачинчай и Тертерчай (Малого Кавказа) ДАН АЗССР-№ 1 1983

5 Концентрация микроэлементов брахиноподами Маастрихтских бассейнов Малого Кавказа. Мат.Конф.Молод.геол Аз-на Баку-1982

6 Геохимические аспекты диагенеза панцирей морских сжей кампан – маастрихтских бассейнов Малого Кавказа. ДАН АЗССР-№1983

7 Изученность позднемеловых брахинопод Азербайджана Палеон.исслед.на.Украине.Мат.укр.палеон.о-ва Киев-1983

8 Вещественный состав и микроструктура Раковин позднемеловых брахиопод Малого Кавказа (Азербайджанская часть) и их значение для палеогеографии и систематики Автореферат Баку-1983

9 О зависимости содержания микроэлементов в раковинах сантор-палеогеновых брахинопод Малого Кавказа от их микроструктурах особенностей Вопросы палеобиогеохимии Баку- 1983

10 Температурный режим раннемеловых Кавказа. Мат-кы V свезда географ.об.-ва Аз.ССР, Баку- 1985

11 Особенности почв и растениц севера-восточной части Малого Кавказа как поисковой признак скопления полезных ископаемых. Тезисы докладов XXXI ВПО Ленинград,1985

12 К стратиграфии маастрихтского яруса Мардакерского прогиба (М.Кавказ) Мат V межведом стратик.конф. Баку- 1986

13 Характер распределения огранического углерода в раковинах брахиопод Малого Кавказа Вопросы палеобиогеохимии Баку- 1986

14 О связи содержания магния со структурой раковин морских позвоночных. ДАН АЗССР

15 Об экологии сантон-кампансих брахиопод восточной части Малого Кавказа. ДАН АЗССР-№4 1987

16 К экологии маастрихтских брахиопод Сомхито-Агдамской зоны Малого Кавказа. ДАН АЗССР-№4 1988

17 Системно-структурный подход к биогенному литогенезу. Тез.докл.V синп.ГДР СССР по теме «Глобальные вопросы» геол.наука в прошлом настоящими Берлин 1990

18 Системность и истории в биогенном литогенезе. «Глобальные вопросы» геол.наука в прошлом настоящими Берлин 1990

19 Единство и «борьба» принципов унифоризма и актуализма приментельно к биогенному литогенезу. Изв.АН. АЗССР-№1 1990

20 Взаимосвязь активных и пассивных форм отражения изменяющихся палеэкосистем. Тез.докл.XXXVII Сессия ВПО Ленинград,1991

21 О взаимоотношении внутренних и внешних факторов и развитие экосистем Тез.докл.XXXVII Сессия ВПО Ленинград,1991

22 Законы диалектики и геологический прогноз

Тез.докл.конф.по истории наук о земле Баку- 1991

23 К истории биогеохимических исследований в Азербайджане Тез.докл.конф.по истории наук о земле Баку- 1991

24 On relationship of methods of dissection of Akchagye deposits of the Eastern Part of Azerbaijan 1-st International Syposion on quaternary 19-21 sept/1994 University of Tehran 1994

25 Логика-гносеологический анализ меторов Палеонтологических исследований Автореферат. Баку- 1995

26 On Question of orqanism and environment relation 2-nd inter Sim.On.the petroleum geologu and petroleum potential of Black sea Istanbul. 1996

27 Mikrostructural and bioqeochemical pesuliarities of Brachiopods of the Cr.Pal.les.Caucasus. 2-nd inter Sim.On.the petroleum geologu and petroleum potential of Black sea Istanbul. 1996

28 Об экологических условиях раннеакчагыльского бассейна среднекуринской впадины APC 3 saylı toplusu Bakı,1999

29 Az.Ağcaqıl hövzəsinin qaz rejimi haqqında APC 4 saylı toplusu Bakı,1999

30 Müasir təhsilin keyfiyyətinə təsir edən bəzi amillər haqqında Tərəqqi.Quba rayon təhsil şöbəsinin orqanı.Aprel 2004

31 Təhsilin keyfiyyətinə təsir edən daxili amillər Tərəqqi.Quba rayon təhsil şöbəsinin orqanı.Sentyabr 2004

32 Təbii fəlakətlər.Metodik vəsait Bakı 2007

33 Təbiət elmləri tədrisinin tərbiyə funksiyası.Metodik vəsait. Bakı 2009

34 Quba rayonunun coğrafiyası.Dərs vəsaiti. Bakı 2010.AMEA fəlsəfə sosialogiya hüquq İnstitutu

35 Ekoloji və sosial sistemlərin inkişafında xarici və daxili amillərin rolu haqqında Elmi əsərlər Beynəlxalq elmi-nəzəri jurnal № 2(16) Bakı 2011

36 Ekoloji tərbiyənin səmərəliliyinin artırılması yolları.

AMİ.Xəbərlər elmi-metodiki jurnal № 1 2011.Bakı 2011

37 Qloballaşma və ekoloji tərbiyə Qloballşma şəraitində davamlı inkişafın aktual problemləri Beynəlxalq Konfransının materialları Bakı,Azərbaycan Universiteti,4-5 may 2011

38 Müəllim hazırlığının etik,estetik və ekoloji tərbiyə problemlərinə dair Müəllim hazırlığının müasir problemləri.Beynəlxalq Elmi konfransının materialları.28-29 oktyabr 19.11.AMİ Bakı.2012

39 Samur-Dəvəçi ovalığı və qusar maili düzənliyinin aqroirriqasiya landşaftlarının şəraitinin yaxşılaşdırılması yolları. Qloballşma və coğrafiya.Beynəlxalq elmi-praktik konfransın materialları Bakı 2012

40 Quba-Xaçmaz iqtisadi rayonunda turizmin inkişafı və qloballaşma Qloballşma və coğrafiya.Beynəlxalq elmi-praktik konfransın materialları BDU Bakı 2012

41 Biosferin öyrənilməsi və tədrisi prosesində aktualistik və interaktiv metodların vəhdəti haqqında AMİ Xəbərlər elmi-metodik jurnal №2 2012

42 Erməni təcavümüzün Qarabağ ekosisteminə təsiri haqqında Soyqırımı və Terror Erməni ideologiyasının əsas amilləri kimi

Beynəlxalq Konfransın materialları

Bakı 2013

43 Müasir fəlsəfənin aktual problemləri

Azərbaycan Milli Elmlər Akademiyası Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə Probıemləri Şöbəsi. Bakı “Təknur “ 2013

44 Orta məktəblərdə təhsilin keyfiyyətinə təsir edən amillər haqqında “Müəllim hazırlığının problemləri: texnologiya,təhsil və inkişaf” III beynəlxalq Elmi konfransın materialları.Bakı 22-24 may 2014

45 Мотивация, цель и мышление личности Инновационные научные исследования ,теория, методология, практика. Сборник статей победителей V Международной научно практической конфереции состоявщейся 5 января 2017г в.г.Пенза 2017

46 Paleocoğrafi tədqiqatlarda aktualizm,uniformizim və tarixilik metodlarının əhəmiyyəti haqqında

Prof.M.R.Müseyibovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları Bakı 2017

47 Cənub-Şərqi Qafqazda,sürüşmələrin morfoloji elementləri Prof.M.R.Müseyibovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları

Bakı 2017

48 İstedadlı şagirdlərlə işin təşkili İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyyələr.İnnovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad edilməsi mövzusunda keçirilmiş elmi konfransın materialları Xalıdoğlu nəşriyyatı 2017

Berlində, İstanbulda,Leninqradda,Moskvada və Bakıda keçirilmiş 11 Beynəlxalq konfranslarda məruzə ilə çıxış edib.

Ailəlidir, 1oğlu, 4 qızı var.

VI, Şeydayev Eyvaz Pirzada oğlu 15 may 1957-ci ildə Quba rayonunun Mirzəməmmədkənd kəndində qulluqçu ailəsində anadan olmuşdur.

Təhsili:

1974-cü ildə Quba 4 saylı internat məktəbini bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universitetinin) şərqşünaslıq fakültəsinin türk dili şöbəsini filoloq, türk və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi, tərcüməçi ixtisasları ilə bitirmişdir.

Əmək fəaliyyəti:

1979 -1980-ci tədris ilində Quba rayonu Rustov kənd orta məktəbində dil- ədəbiyyat müəllimi işləmişdir.

1980-1985-ci illərdə Quba rayonunun Əlibəyqışlaq kənd orta məktəbindən dil-ədəbiyyat müəllimi işləmişdir.

1985-1987-ci illərdə könüllü olaraq SSRİ silahlı qüvvələrində zabit kimi hərbi xidmət etmişdir.

1987-ci ilin sentyabrından 1994-cü ilin sentyabrınadək Quba rayon Petropavlovka (indiki Dəlləkli ) kənd natamam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır.

1994-2014-cü illərdə Quba Özəl Türk liseyində dil- ədəbiyyat müəllimi işləmişdir.

2014-cü ildən ADPU Quba filialında (Əvvəlki Müəllimlər İnstitutunun Quba filialı)n müəllim təyin olunmuşdur.

Hazırda həmin universitetin Ədəbiyyat və dillər kafedrasında 1 ştat baş müəllim vəzifəsində çalışır.

İctimai fəaliyyəti.

Üç dəfə özəl məktəblərin müəllimləri arasında keçirilən “İlin müəllimi” müsabiqəsinin qalibi olmuşdur.

“İlin fənn kabineti” müsabiqələrinin qalibi olmuşdur.

Yetirmələrinin respublika fənn olimpiadalarının yekun turunda on ildən artıq ardıcıl olaraq qaliblər sırasında (1,2,3 yerlər) olduğu üçün,

DİM keçirdiyi qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənlərindən ölkədə ən yaxşı nəticə göstərən on məktəb sırasına daxil olduğuna görə,

”Ana dili millətin mənəvi sərvətidir” adlı ümumrespublika inşa müsabiqəsində yetirmələrinin göstərdiyi yüksək nəticələrə görə rayon təhsil şöbəsi və məktəb rəhbərliyi tərəfindən 30-a qədər fəxri fərman, təşəkkürnamə və pul mükafatlarına layiq görülmüşdür.

“Ana dilimizi sevək, sevdirək” adlı respublika səviyyəli şeir-inşa müsabiqəsinin münsiflər heyətinin üzvü olduğu və bu işin təşkilində fəal iştirakına görə təşkilat komitəsi tərəfindən Fəxri fərmana layiq görülmüşdür.

2007 –ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

2020-ci ildəki fəaliyyətin reytinq qiymətləndirilməsindəki yüksək nəticəyə görə ADPU Quba filialı rəhbərliyinin sertifikatına layiq görülmüşdür.

2021-ci ildə “Nizami Gəncəvi – 880” tədbirlərindəki fəaliyyətinə görə ADPU Quba filialı rəhbərliyinin sertifikatı – fəxri fərmanı ilə təltif edilmişdir.

Ailəlidir, 1 oğlu və 1 qızı var.

Bir daha təltif edilən bütün əməkdaşlarımızı səmimi-qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?