Quba filialının əməkdaşları NASCO29 da iştirak ediblər

04.11.2026
Quba filialının əməkdaşları NASCO29 da iştirak ediblər

NDU-da 30-31 oktyabr Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçirilib.

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) təşkil edilib.

Konfrans iştirakçı sayına və əhatə dairəsinə görə NASCO tarixində indiyədək keçirilən ən böyük elmi tədbir olub. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar elmlər kafedrasının müəllimləri Şıxbabayeva Aygün Şıxbababa qızı və Fərmanzadə Bikə Fərman qızı məqalələri ilə əyani şəkildə iştirak ediblər.

Konfrans sosial və humanitar elmlər, mühəndislik elmləri, iqtisadiyyat və idarəetmə elmləri, təbiət elmləri, riyaziyyat və texnologiya elmləri, ictimai sağlamlıq və tibb elmləri istiamətlərini əhatə edib.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?