
24-31 may 2025-ci il tarixlərində Elmlər Akademiyasının əsas binasının önündəki parkda Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.
Türk dövlətləri arasında mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə olan festivalın hər günü bir ölkəyə – Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarına həsr olunub.
Kitab bayramı şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları, film nümayişləri, yubiley məclisləri ilə zəngindir. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni kitabları və əl işləri alıcılara təqdim edilir.
25 may tarixində Quba filialının müəllimi f.f.d Aytən Qurbanovanın moderatorluğu ilə keçən paneldə Filialın müəllimi f.f.d Qələmşah İdrisovun şeirləri müəllifin özü tərəfindən səsləndirilib. Daha sonra filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələrinin təqdimatında şeir və rəqs nümunələri nümayiş etdirilib.







