Quba filialının əməkdaşları ADA Universitetində keçirilən Simpoziumda iştirak ediblər

07.10.2026
Quba filialının əməkdaşları ADA Universitetində keçirilən Simpoziumda iştirak ediblər

ADA Universitetində 1–2 oktyabr 2026-cı il tarixlərində keçirilmiş III Ali Təhsildə Keyfiyyət Təminatı Simpoziumunda Quba filialının tədris və elmi işlər üzrə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva və filialın Keyfiyyətin Təminatı Şöbəsinin müdiri Tərifə Qubatova da iştirak ediblər.

Simpoziumun məqsədi ölkədaxili ali təhsil müəssisələrinin keyfiyyət təminatı sahəsində fəaliyyət göstərən əməkdaşlarını bir araya gətirmək və fikir mübadiləsi üçün platforma yaratmaq olub.

Tədbirdə daxili keyfiyyət təminatı, akkreditasiya strategiyaları, tədris planının dizaynı və proqram akkreditasiyası, səriştələrin inkişafı, məzunların məşğulluğu və təhsildə süni intellekt kimi geniş spektrli sahələri əhatə edən sessiyalar keçirilib.

​Simpozium ADA Universitetinin ev sahibliyi ilə keçirilib və tədbirdə daxili və xarici keyfiyyət təminatı üzrə bir sıra yerli və beynəlxalq ekspertlər iştirak edib.

Qeyd edək ki, sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?