Filialın Tələbə-məzun və karyera şöbəsinin təşkilatçılığı ilə təhsil ocağının 2006-cı il “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının 105-ci qrup məzunları ilə görüş keçirilib.
İllər sonra doğma filiallarında bir araya gələn məzunlar burada baş verən yeniliklərlə yaxından tanış olublar. Görüş zamanı filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev məzunları qonaq edərək, son illərdə təhsil ocağında aparılan uğurlu islahatlar, yenidənqurma işləri, tədris prosesində tətbiq olunan yeniliklər və qazanılan uğurlar barədə ətraflı məlumat verib.
Görüşdə çıxış edənlər professor Yusif Alıyev tərəfindən filialın inkişaf istiqamətində həyata keçirilən tədbirlərdən, elmi-pedaqoji potensialın gücləndirilməsi və gənc kadrların peşəkar kimi yetişdirilməsi istiqamətində görülən ardıcıl işlərdən danışıblar, məzunlara gələki fəaliyyətlərində uğurlar arzulayıblar.
İllərin həsrətini sonlandıran məzunlar göstərilən diqqətə və səmimi qəbulə görə rəhbərliyə minnətdarlıqlarını bildirib, tələbəlik illərinin unudulmaz xatirələrini yad ediblər.
Bu cür görüşlər keçmiş ilə bu gün arasında möhkəm körpü yaratmaqla yanaşı, doğma universitet ənənələrinin yaşadılması baxımından da xüsusi əhəmiyyət daşıyır.






