Quba filialında təkrar imtahanlar mərhələsinə start verilib

09.07.2026
Quba filialında təkrar imtahanlar mərhələsinə start verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2025/2026-cı tədris ilinin yaz semestrinin yekunlarına dair təkrar imtahanlar mərhələsinə start verilmişdir. Cari ilin 6–8 iyul tarixlərini əhatə edən bu mərhələdə tələbələr fənn üzrə ayrılmış kredit məbləğinin 25%-ni ödəməklə akademik borclarını ləğv etmək imkanı qazanırlar.

​İmtahan prosesinin şəffaf, obyektiv və mövcud əsasnamələrə uyğun təşkilini təmin etmək məqsədilə imtahanların gedişatı rəhbərlik tərəfindən diqqətdə saxlanılır. İmtahan sessiyasının gedişini filialın Tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva və İmtahan Qərargahının sədri Kamal Kamalov yaxından izləmiş, prosesin gedişatı ilə yerindəcə tanış olmuşlar.

​Akademik dürüstlük prinsiplərinə tam riayət olunmaqla keçirilən imtahanlarda iştirak edən bütün tələbələrimizə uğurlar arzulayırıq!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?